Dövlət Mahnı Teatrında yeni musiqili tamaşa nümayiş olunub
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı səhnəsində "Brodvey Hekayəsi" adlı maraqlı musiqili tamaşa nümayiş olunub.
Tamaşa Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Tamaşanın yaradıcısı və layihənin rəhbəri "Jam Group" şirkətinin baş direktoru Əziz Əzizovdur.
"Brodvey Hekayəsi" tamaşaçıları müxtəlif rəqs nömrələri, rəngarəng kostyumlar, göz oxşayan dekorasiyalar və təbii ki, peşəkar sənətçilər tərəfindən ifa olunan orijinal vokal əsərləri ilə valeh edib.
Böyük musiqili tamaşanın hazırlanmasına iki aydan çox müddət sərf olunub. Komandanın əsas xoreoqrafı qismində Dilarə Mürsəlova çıxış edib. Vokal və xor hissəsinə, həm də layihənin prodüserliyinə görə isə Rauf Musayev cavabdeh olub. Həmçinin, Ləman Mustafayeva və Yelizaveta Qorlenskaya dekorasiya və kostyumların seçimində öz peşəkar xidmətlərini əsirgəməyiblər.
Layihənin uğurlu alınmasında Azərbaycan Gənclər İttifaqının sədri Zakir Əliyevin fəal dəstəyi də böyük rol oynayıb.
"Jam SS" teatrının rəhbəri Əziz Əzizov tamaşaçılara gələcək planlar barədə danışıb. O, izləyicilərlə uşaq teatr studiyasının açılma planlarını bölüşüb (hazırda teatrın uğurla fəaliyyət göstərən uşaqlar üçün yay studiyası var).
Həmçinin o, qeyd edib ki, sentyabrın 23-də "Ən dahi şoumen", oktyabrın 7-də isə "Mama Mia: Donnanın hekayəsi" musiqili tamaşaları tamaşaçıların yolunu gözləyəcək. Bununla yanaşı, oktyabrın 15-də "Gəlinin cəsədi", "Bakının bədheybətləri" və digər maraqlı tamaşalar uşaq tamaşaçılar üçün təqdim ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyul1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr