Pul tələsi, yoxsa qoruyucu vasitə? - ARAŞDIRMA

Pul tələsi, yoxsa qoruyucu vasitə? - ARAŞDIRMAMövsümlə əlaqədar dərimizin ultrabənövşəyi şüalardan qorunması haqqında düşünməliyik. Bu an ilk ağıla gələn, əlbəttə ki, SPF (Sun Protection Factor) tərkibli kremlərdir. Satışda növbənöv və müxtəlif qiymətli kremlər var. Amma... Biz hansı meyarlara uyğun krem seçməliyik? Gəlin birlikdə araşdıraq. Əvvəla, SPF-in nə olduğunu öyrənək. SPF ingilis dilindən tərcümədə günəşdən qorunma faktoru deməkdir. Onun göstəricisi nə qədər çoxdursa, qorunma da bir o qədər effektlidir. Qeyd edək ki, dəriyə mənfi təsir göstərən iki tip ultrabənövşəyi şüalar var: UVA (A qrupu ultrabənövşəyi şüalar) və UVB (B qrupu ultrabənövşəyi şüalar).

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Dermatoloq Samirə Teymurova deyir ki, hazırda isti yay günlərini yaşayırıq:

"Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında yaz-yay günləri, hətta payızın əvvəli belə günəşli günlər olur. Günqoruyucu kremlərdən istifadəni tövsiyə edirəm. SPF-li kremlərdə müxtəlif rəqəmlər görürük: 15, 20, 30, 50, 80, 100. Bu, onların qoruyuculuq dərəcəsini göstərir. Dekorativ kosmetikada – dodaq boyası, ənlik, kirşan və s. təxminən 15% qoruyucu olur. Bu, azdır. Payız-qış aylarında və ya soyuq iqlimli yerlərdə 20-30% kifayətdir. Digər aylarda 30 belə bəs etsə də, mart-oktyabr arası SPF 50+ olmalıdır".

"Ultrabənövşəyi şüalar dərinin tez yaşlanmasına səbəb olur", - deyir dermatoloq:

"Məsələn, açıq sahədə (tarlada, inşaatda, dənizdə) işləyən insanların dərisi həm erkən yaşlanır, həm də çox qırışlı olur. Bu kremlər ultrabənövşəyi şüalar nəticəsində qocalmanın da qarşısını alır. Dərinin həddindən artıq şüaya məruz qalması xərçəngə gətirib çıxarır. Əsasən, bir və ikinci fototipə malik dərilər - ağbəniz, sarışın, mavi, alagöz insanlar günəş şüalarına daha həssasdır. Şüalar onların dərisinə daha tez - 10-15 dəqiqəyə mənfi təsir edir. Tünd dərili fototiplər onlara nisbətdə günəşə daha çox davamlıdır. Onlara şüanın mənfi təsiri 30-60 dəqiqədən sonra başlayır".

Samirə xanım daha bir vacib məqama da toxundu:

"Çox insan fikirləşir ki, dağ rayonlarında hava sərindir, qorunmaya ehtiyac yoxdur. Amma nəzərə almaq lazımdır ki, həmin yerlər günəşə daha yaxındır. Buna görə də, dağ rayonlarında da kremlərdən istifadə olunmalıdır. Quba, Qusar, Qəbələdə qış turizm mərkəzlərində qar günəş şüalarını əks etdirir. Həmin yerlərdə şüalar həm göydən gəlir, həm də qara dəyib əks olunur. Biz ikiqat şüalanmaya məruz qalırıq. Ona görə, qışda da açıq nahiyələrdə kremdən istifadə olunmalıdır. Çimərliyə isə, səhər saat 10-a qədər və axşam 6-dan sonra getmək məsləhətdir. Buludlu havada da günəş şüalarının mənfi təsiri var. Amma, vitamin D qəbulu üçün 10-15 dəqiqə kremsiz çıxmaq olar. Bundan ötrü saatlarla günün altında qalmaq lazım deyil. Çıxarkən başa mütləq panama və ya kepka qoyulmalı, gözə eynək taxılmalıdır. Çətir də istifadə etmək olar. Ümumiyyətlə isə, hər iki saatdan bir kremimizi yeniləməliyik. Əvvəl dəridəki kremi silməli, sonra yenisini çəkməliyik. Üzümüzdə makiyaj varsa, sprey tipli SPF-lərdən istifadə edə bilərik".
Dermatoloq başqa bir məsləhət də verdi:

"Biz şüaları da nəzarətimiz altında saxlamalıyıq. Hər birimizin telefonunda hava haqqında məlumat var. Orada havanın temperaturu, küləyin sürəti, nəmişlik, təzyiq və ultrabənövşəyi indeks görünür. Əgər ultrabənövşəyi indeks iki və ondan çoxdursa, mütləq şəkildə qoruyucu kremdən istifadə olunmalıdır. Kremlərdən tək qadınlar yox, kişilər və uşaqlar da istifadə etməlidir".

Kosmetoloq Nuriyyə Adıgözəlova deyir ki, dəri ultrabənövşəyi şüaların mənfi təsirindən mütləq qorunmalıdır:

"Dərinin açıqda qalan hissələrini, xüsusən də, üzü tək yaz və yay aylarında deyil, bütün ilboyu qorumaq lazımdır. Gündüz SPF tərkibli kremlərin istifadəsi dərini qırışlardan, quruluqdan, piqment ləkələrindən, elastikliyin azalmasından qoruyur. SPF-li kosmetik vasitələr günəş şüalarına sanki günəş effekti verir, onları əks etdirərək dəriyə düşməsinin, dağıdıcı təsirinin qarşısını alır. Bundan başqa, krem istifadəsi fotoqocalma, günəş yanığı, bədxassəli dəyişikliklər, həmçinin allergik dermatitin qarşısını alır".

"Kremin istifadəsi düzgün olmalıdır", - deyir kosmetoloq:

"Evdən çıxmamışdan 20-30 dəqiqə əvvəl dəriyə bərabər şəkildə və hamar çəkilməlidir. Belə olan halda krem yaxşı hopur və dərinin üzərində sanki bir müdafiə qatı yaradır. Çox adam kremi bircə üzə çəkməklə kifayətlənir. Amma bu, doğru deyil. Mütləq dekolte, qulaq, dodaqlar, əllər də kremlənməlidir. Dənizə gedəndə hər suya girib-çıxandan sonra krem təkrar vurulmalıdır".

Kosmetoloq başqa vacib mətləblərə də toxundu:

"Krem quru dəriyə çəkilməlidir. Çünki dərinin üzərində olan nəmlik, su kremin dəriyə rahat yayılması və hopmasına imkan verməyəcək. Məsələn, əgər dənizdəsinizsə, təbii ki, kremi bədəninizin bütün açıq qalan hissəsinə çəkməlisiz. Hər dəfə krem sürtməzdən əvvəl dərinizdə olan su damcılarını silin. Bəzi insanlar düşünür ki, çətir altında və ya hər hansısa bir kölgəlikdə dayananda ultrabənövşəyi şüalardan qorunur. Xeyr. Buna aldanıb dərinizi qorumasız buraxmayın. Sərin bir yerdə, məsələn, kondisioner işləyən məkanda (kafe, avtobus, ofis və s.) otura, pəncərədən düşən şüaların dərinizə necə ziyan etdiyindən də xəbərsiz qala bilərsiniz".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1264   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Qızıl bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

18 iyul
.

Eyni məkan, fərqli nəticə: Bakıda ölümə gedən piyadaların GÖRÜNTÜLƏRİ

"Bu hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi". xəbər verir ki, bu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyadalara müraciətində deyilir. Mərkəzdən bildirilib ki

22 iyun
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo

12 iyul
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

3 iyul
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki

13 iyun