Şirvanda zavodda partlayış nəticəsində xəsarət alan qadının son durumu açıqlandı - YENİLƏNİB

Şirvanda zavodda partlayış nəticəsində xəsarət alan qadının son durumu açıqlandı - YENİLƏNİBMüdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində yaralanan şəxsin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 1978-ci il təvəllüdlü (cinsi qadın olmaqla) vətəndaş yerləşdirilib. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

13:08

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

12:46

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Mehman Həsən oğlu Əhmədovdur.
Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Səbinə Elyas qızı Şəkərova olduğu bildirilir.

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib.

12:33

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2084   Tarix: 24 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi

Şanlıurfaın Ceylanpınar rayonunda faciəvi hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, məktəbdə dostları ilə futbol oynayan 14 yaşlı 9-cu sinif şagirdi Menderes Durmuş qəfil özünü pis hiss edərək yerə yıxılıb. Müəllimlərin dərhal müdaxilə edərək ürək masajı etməsinə baxmayaraq

15 may
.

Bloger Arzumun təqsirləndirildiyi yol qəzasında ölən və xəsarət alan cütlük - FOTOLAR

"Arzum" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Belə ki, bloger yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin isə xəsarət almasında təqsirləndirilir. "Unikal" qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Amal Məlikovun və ağır xəsarə

17 may
.

İtiylə gəzən qadın "lyuka" düşdü - VİDEO

Braziliyanın Cuiabá şəhərində dəhşətli hadisə baş verib. Səkidə hərəkət edən 21 yaşlı gənc qadın ayaq basdığı kanalizasiya qapağının qəfil sınması nəticəsində boşluğa düşüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda gənc qadını

21 may
.

Məscid ziyarətində maraqlı anlar: Kişi turistlər ətək geyindi - VİDEO

Bursanın tarixi və mənəvi ab-havasını yaşamaq istəyən xarici turistlər məscid ziyarəti zamanı maraqlı anlarla gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, müqəddəs məkana hörmət əlaməti olaraq geyim qaydalarına əməl etməyə çalışan şortlu kişi turistlər, onlara təqdim olunan geyim seçimlərin

18 may
.

Parkda dəhşətli hadisə:18 yaşlı qız ölü tapıldı

Türkiyənin Malatya şəhərində bir parkda 18 yaşlı gənc qız ölü halda tapılıb. Hadisə səhər saatlarında gəzintiyə çıxan vətəndaşların diqqətini çəkib. türk mediasına istinadən xəbər verir ki, park ərazisindəki kölgəlikdə bir şəxsi hərəkətsiz vəziyyətdə görən sakinlər dərhal təcili yardım və polisə məluma

20 may
.

Hakim məhkəmə zalında keçmiş sinif yoldaşı ilə qarşılaşdı - VİDEO

ABŞ-də keçirilən məhkəmə prosesində yaşanan duyğusal anlar sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə zamanı hakim və məhkumun illər əvvəl eyni məktəbdə oxuduqları məlum olub. Hakim onun vaxtilə nümunəvi şagird olduğunu və gələcəyi ilə bağlı böyük ümidlər bəsləndiyin

21 may
.

Eyyubov, Daşdəmirov və general oğlu haqda - Yeni qərar

5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov və Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov hakim qarşısına təkrar çıxarılıblar. qafqazinfo-y

18 may
.

Sel sularına düşən pişiyi xilas etdi - VİDEO

Türkiyənin Samsun vilayətinin Havza rayonunda güclü yağışdan sonra yaranan sel zamanı ürəkaçan hadisə yaşanıb. Sel sularına düşərək sürüklənən pişik diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, Havza Bələdiyyəsində mühafizəçi kimi çalışan Selçuk Bekdemir vəziyyəti görən kimi dərhal hərəkət

14 may
.

Bir qadın ilk görüşdən sonra aldığı mesaja şok oldu: "Sənə görə evə gec çatdım"

İlk görüşdən sonra gənc qadına göndərilən mesaj sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, paylaşılan yazışmada kişi tərəfi ilk görüşdən sonra bəzi məqamların onu narahat etdiyini bildirərək, "Bir qızın bu saatda metrodan istifadə etməsi mənə doğru gəlmir

15 may