Bakının ara küçələrindəki parkinqlər ödənişli olacaq? - VİDEO
Bakının Yasamal rayonu, Məhəmməd Hadi küçəsinin sağ və solu parkinqə çevirilib.
Bu səbəbdən onsuz da ensiz olan yol bir az da daralıb.
Nəticədə ərazidə həm piyadalar, həm də sürücülər üçün çətinlik yaranır.
Əyinlərində sarı jilet olan şəxslər isə avtomobil saxlayandan pul alırlar. Minimum 1 manat tələb edilir. Baxmayaraq ki, əraziyə "parkinq ödənişsizdir" Xəbərdarlığı vurulub. Onlar çəkiliş olduğunu bilən kimi əyinlərindəki jiletləri çıxarıblar. Üstəlik, "Xəzər Xəbər"in suallarını normal cavablandırmayıblar.
Xüsusilə həmin ərazidə yaşayanlar, həmçinin sürücülər bu məsələnin onlar üçün çətinlik yaratdığını bildirirlər.
Qeyd edək ki, bu yaxınlarda Bakıda parkinq qiymətləri təsdiqlənib. Qiymətlər zonalara görə dəyişir. Xüsusilə bu qiymətlərin ara küçələrdə olan parkinq yerlərinə şamil edilib-edilməyəcəyi əsas sualdır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərində ödənişin edilməsini Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir. Bakıda küçə parklanma yerlərində sürücülərin müəyyən olunan qaydalara riayət etməsinə nəzarət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 602 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin
27 aprelBuraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyev
27 aprel"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?
Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar
27 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelDünənki imtahanın nəticələri 6 həftə sonra açıqlanacaq
Aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmi
27 aprelBinaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanı
26 aprelBakıda 11-ci sinif şagirdi vəfat edib
Paytaxtda 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, məktəbin şagirdi Kamran Mahmudlu həyatını itirib
27 aprelMilli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin gəlini Ülkər Mirzəyeva həyat yoldaşı və körpəsi ilə birgə foto paylaşıb. xəbər verir ki, o, paylaşımına: "Sizsiz bir anım, bir günüm olmasın", -deyə şərh verib. Qeyd edək ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladın
27 aprel