15 qadınla evli olan hindistanlını acgözlüyü ələ verdi
Hindistanın Karnataka ştatının Banqalor şəhərində polis özünü həkim kimi təqdim edərək yaxşı təhsilli və uğurlu karyerası olan 15 qadınla gizli şəkildə evlənən kişini həbs edib.
Bildirilir ki, Maysor şəhərindən olan 35 yaşlı Maheş K.B.Nayakın qeyri-qanuni fəaliyyətinin üstü 2023-cü ilin əvvəlində ailə qurduğu qadının şikayətindən sonra açılıb. Belə ki, proqram mühəndisi olan qadın ərinə klinika açmaq üçün pul verməməsindən sonra kişi onun qızıl-zinət əşyalarını və nağd pulunu götürərək qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hindistanlı üçün axtarış təşkil edib, onu Tamakura rayonunda tapıb və həbs ediblər.
Bu zaman məlum olub ki, fırıldaqçı 2014-cü ildən bəri azı 15 qadınla evlənib. Onlardan dördündən uşaqları da var.
Bildirilir ki, hindistanlı yeni arvadlarını tanışlıq saytları vasitəsilə tapıb, burada özünü mühəndis və ya həkim kimi qələmə verib. Nyak özünün həkim olduğu iddialarını dəstəkləmək üçün hətta Tumkur şəhərində uydurma klinika da yaradıb.
O da vurğulanır ki, əslində kişinin qurbanı daha çox ola bilərdi, ancaq ingilis dilini yaxşı bilməməsi ona mane olub. Polisin dediyinə görə, kişinin dil bilməməsi bir çox qadınlar üçün "qırmızı bayraq" rolunu oynayıb və onları cinayətkarın əlindən xilas edib.
Polisin məlumatına görə, Nyakın digər arvadları aldadıldıqlarını başa düşsələr də, ictimaiyyətin qınağından qorxaraq şikayət etməyiblər.
Xatırladaq ki, bundan əvvəl hindistanlı qadının 27 kişi ilə evlənərək, onları aldatdığı barədə xəbər vermişdik./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2304 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrPezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
4 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabr