Polisdən BÖYÜK ƏMƏLİYYAT: 60 nəfər tutuldu - FOTO/VİDEO
Bakıda narkotik satan və tiryəkxana təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib, 60 nəfər saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə tiryəkxana təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 977 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yevlaxda kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT
Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb. -ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib. Bildirilir ki, kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan kafe sahibi, Yevlax rayon sakini, 1969-c
25 fevralŞeyxin oğlu vəzifəsindən azad edildi
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" sədrinin müşaviri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub. Onunla bağlı qəra
25 fevralBakıya yağış, rayonlara qar yağıb
Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qa
25 fevralSabah hava çiskinli olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləy
24 fevralVətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - AÇIQLAMA
Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. Bu barədə deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında danışıb. "Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet
25 fevral