FETÖ ilə əlaqələri olduğu bildirilən Qubad İbadoğlu ilə bağlı MARAQLI FAKT
Bir neçə gün əvvəl həbs edilən iqtisadçı Qubad İbadoğlunun FETÖ ilə əlaqələrinin olduğu iddia edilib.
Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Q.İbadoğlu saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın adı Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb. 2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib.
Onu da qeyd edək ki, 2019-cu ilin iyulun 23-də "Fetogercekleri.com" saytında dərc olunmuş "ABŞ professorlarından FETÖ manipulyasiyası – FETÖ gerçekleri" başlıqlı məqalədə "15 iyul çevriliş cəhdin"dən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var.
Bundan başqa, "Habertürk" televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan "Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı" adlı xəbərdə terror təşkilatının Ankaradakı "Kaan" təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub.
Həmçinin, Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2574 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrTarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
5 oktyabrBu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə
5 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrBakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrBəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabr"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"
"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib
5 oktyabr