Bakıda gecə ilə 60 sot torpaq zəbt olundu - Dövlət qurumları hərəkətə keçdi
28 iyul tarixindən 29 iyula keçən gecə Xəzər rayonu, Sabunçu rayonu, Agcəbədi rayonu və digər rayonların sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısı və bir neçə vətəndaş Xəzər rayonu sakini Hümbətov Vasif Nizami oğlunun rəhbərliyi ilə Suraxanı rayonunun inzibati ərazində yerləşən Hovsan südçülük sovxozu ərazisində, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı olan 6000 kv.m torpaq sahəsini zəbt edərək hasar tikintisi işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə "Qafqazinfo"ya Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
"Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsə də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib" - açıqlamada qeyd olunur.
Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı rayon Prokurorluğuna, FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1798 Tarix: 29 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
5 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrErmənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,
5 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrAşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabr