BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb

BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıbBMT-nin Baş katibi Antonio Quterreş 30 iyul Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

"Münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün, artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Müəyyən edilmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir", - müraciətdə bildirilir.
Quterreş qurbanların aşkarlanması və müdafiəsinə daha çox sərmayə yatırmağın vacibliyini vurğulayıb:

"İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz həmçinin insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik. Ümumdünya insan alverinə qarşı mübarizə günündə gəlin insan alveri qurbanlarını aşkar etmək, qorumaq və dəstəkləmək üçün səylərimizi ikiqat artıraq və heç bir insan alveri qurbanını diqqətdən kənarda qoymayaq. Gəlin birlikdə heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq", - Baş katib qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1317   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Məktəb avtobusunda inanılmaz hadisə - Sürücünün narkotika testi pozitiv çıxdı - VİDEO

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt testləri keçirən zaman inanılmaz olayla rastlaşıb. -a istinadən xəbər verir ki, sürücülərdən birinin narkotik testi pozitiv çıxıb. Alınan nümunədə narkotik maddəsi "amfetamin" olduğu təsbit edilən sürücü ilə əlaqədar araşdırm

15 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021