Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTO

Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTOAziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-nin Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş "Azerbaijan - My Land, My Soul" ("Azərbaycan - torpağım, ruhum") adlı rəsm sərgisi keçirilib.

Komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib. O, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.

Sonra komitə sədri Azərbaycanın böyük dostu və dünyaşöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medallarını təqdim edib.

Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

"Azərbaycan - mənim Vətənimdir", - deyə Aziz Sancar çıxışında söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız - Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.

Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan bütün icmalara təqdim etməkdir.
"Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm", - deyə rəssam vurğulayıb.

Komitənin adından azərbaycanlı rəssamlara "Xarı bülbül" və kəlağayı dəsti hədiyyə olunub.

Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.

Sərgi "City Ligths Jazz" musiqi qrupunun çıxışı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-nin Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çalışır. O, ABŞ-də həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş "Biz hamımız zəncirlənmişik" adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-də fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.

Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. O, 60-dan çox mükafata layiq görülüb.
Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTOAziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTOAziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTOAziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTOAziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 631   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr