Vaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTO

Vaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTOƏslən Göyçaydan olan və Ucar rayonunda yaşayan I qrup Qarabağ əlili Mail Məmmədov doqquz ay on dörd gün erməni əsirliyində olub. Bu günlərdə "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryan tərəfindən sinəsinə qızdırılmış dəmirlə xaç şəkli çəkilən və amansız işgəncələrə məruz qalan Mail Məmmədov həmin hadisələrdən 31 il keçməsinə baxmayaraq, hələ də o günlərin ağrı-acısını unuda bilmir.

O, AZƏRTAC-a açıqlamasında yaşadığı həmin dəhşətləri ürəkağrısı ilə belə nəql edir.

"Gün adama xoş keçəndə bilməz aylar necə keçir, amma mənim günüm zülmlə keçib. Həmin vaxtlarda orada neçə gün olduğumu bilmirdim. Məni nə qədər vurmuşdularsa, huşumu da itirmişdim. Həmin gün yaralı-yaralı gözlərimi bağlayıb məni yük maşınında ayaq altına atdılar. Sonra məni qaranlıq bir yerə saldılar. Gözlərim bağlı olsa da, qollarım torpaq divara dəyəndə anladım ki, haradasa yerin altındayıq. Sonra məni dirəyə bağladılar və gözümü açdılar. Baxanda gördüm ki, buradakılar erməni hərbçilərdir. Vaqif Xaçatryan əllərimi arxadan məftillə sıx bağladı. Ocağın üstündə çaydan var idi, qaynayıb daşırdı. Həmin çaydanı gətirib qaynar suyu mənim başıma töküb gülürdü".

Mail Məmmədov 1991-ci ildə hərbi xidmətdən qayıtdıqdan bir il sonra könüllü olaraq Laçın, Şuşa və Ağdərə istiqamətlərində gedən döyüşlərə qatılıb. Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanaraq ermənilərə əsir düşüb. Əsirlik həyatında Mail amansız işgəncələrə dözməli olub. Ona ən ağır işgəncəni isə dörd gün əvvəl "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryan verib.

"Məni odun sobasının yanında dirəyə bağladıqdan sonra həmin bu Vaqif metaldan olan xaçı odda qızdırdı. Qızarmış kələ-kötürlü metal parçasını mənim sinəmə basdı, sanki canım çıxdı, çox dözülməz ağrılar idi. Ağrının təsirindən özümdən getmişdim. Yeddi-səkkiz gün işgəncə verilən yerdə saxlanıldım. Bu yaxınlarda "Laçın" buraxılış məntəqəsində Vaqifi görəndə dərhal bildim ki, bu, elə həmin şəxsdir. Yerişindən, hərəkətlərindən, simasından gözümün qabağında bir anlıq onu canlandırdım və anladım ki, dəqiq, bu mənə işgəncə verən Vaqifdir.

Mail Məmmədovun sözlərinə görə, qana susayan düşmən onun üzərində ağlasığmaz işgəncə üsulları tətbiq edib. O zaman sürücü işləyən Vaqif Xaçatryanın ona verdiyi amansız işgəncələri Mail 31 il keçməsinə baxmayaraq bu gün də unuda bilmir.

"Hadisələrdən neçə illər keçməsinə baxmayaraq, indi də danışanda həyəcanlanıram, o əzablı günləri xatırlamaq da dəhşətdir. Elə bil ki, sənin ölməyin onun üçün adi bir quşun ölməsi idi. Yaralıları itin, donuzun qabağına tulladılar. Gözümün qabağında donuzlara diri-diri yedizdirdilər. Əsirlərin qulaqlarını kəsirdilər. Mənim qulağımı deşiblər, elektrik cərəyanına qoşublar, bədənimin müxtəlif nahiyələrində sümüklərimi qırıblar", - deyə o vurğulayıb.

Bir neçə gün əvvəl "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryanı televizorda görən və tanıyan Mail deyir ki, onu görər-görməz, verdiyi işgəncələr bir-bir gözünün önünə gəlib. Ağır yaraları sinəsində gəzdirən Mail Məmmədov illər keçməsinə baxmayaraq, inanıb ki, ədalət gec-tez öz yerini tapacaq.

Bu gün əminliklə deyə bilərik ki, vaxtilə Mailə və digər azərbaycanlılara işgəncələr verən Vaqif Xaçatryan və onun kimilər öz layiqli cəzalarını alacaqlar.
Vaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTOVaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTOVaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTOVaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1567   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr