Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir:
"Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.
Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"
19:30
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirib.
1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyən kinorejissorun "Arvadım mənim, uşaqlarım mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu" və digər onlarla filmdə rejissor kimi imzası var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1520 Tarix: 01 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Sabahdan...
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı
26 aprelİmtahanların başlama saatı DƏYİŞDİRİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbər verir ki, bu barədə DİM məluma
27 aprelMəzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprelAzərbaycan toylarında BU QAYDA DƏYİŞİB
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını
26 aprelKür çayının aşağı axınına suyun buraxılması qərara alındı
Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyinə istinadən xəbər verir. Qurum xatırladıb ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında
27 aprelŞakiranın konsertinə hazırlıq zamanı bir nəfər ölüb
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, konsert üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Dövlət yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirili
27 aprelİki avtomobilin arasında qalaraq öldü
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Şorsulu kəndində "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "Qazel"in yanında olan kən
27 aprel