"Şanxaylılar" Nizami Rayon İcra Hakimiyyətinin başçısından narazılıq ETDİ - VİDEO

"Şanxaylılar" Nizami Rayon İcra Hakimiyyətinin başçısından narazılıq ETDİ - VİDEOBakının Nizami rayonunda Keşlə qəsəbəsində "Şanxay" məhəlləsi adlanan bir məhəllə var. Qəsəbə 90-cı illərdə salınıb. Adının isə qəribə bir tarixçəsi var. Belə ki, həmin əraziyə köçən Hacı Salman adlı bir kişi Çinə alış-veriş üçün gedirmiş. Şanxayı gördükdən sonra qəsəbələrini Şanxaya bənzədir. Və elə o zamanlar qəsəbəyə el arasında "Şanxay" deyilir.

Şanxay qəsəbəsi ilə bağlı 2017-ci ildə dəmiryollarının mühafizəsi məqsədilə dəmiryoluna çox yaxın olan evlərin sökülməsinə qərar verildi. Bəzi evlər söküldü. Bəzi sakinlərə də kompensasiya verilərək, ərazidən köçürüldü. Amma dediyimiz kimi bəzi evlər... Bəzi evlər isə, gözdən-könüldən uzaq buraxıldı.

Hazırda Şanxay sakinləri deyir ki, onlarla daha heç kim maraqlanmır. İddia edirlər ki, yaşadıqları evlərin qanunla sənədləri var. Onların mülkiyyət hüquqları var. Yaşayışları acıanacaqlı olsa da, kimsə gəlib demir ki, "sizi də köçürəcəyik"...

Məsələn, Narxanım xala qəsəbənin ən qədim sakinlərindəndir. Ömrünü demək olar ki, Şanxayda keçirib. Bu gün uçuq-sökük evinin qarşısında oturub gün sayır.

Şanxayın qədim sakinlərindən olan, danışan, amma adını demək istəməyən yaşlı kişi deyir ki, o əvvəllər məxfi vəzifələrdə çalışıb.

Üzünün göstərilməsinə izin verən adını deməyən sakin bizə "həyat dərsi" keçməyə də çalışdı.

Bəli, Şanxay sakinləri yaşayışlarından razı deyil və ayrı-seçkiliyə məruz qalmalarının səbəblərini də bilmirlər...

Şanxay uzaqda deyil. Bakıda kiçik bir məhəllə... Sakinləri yorğanlarını söküb, küçədə yun qurudur, döşəklərini küçəyə sərib günə verir. Yuduqları paltarlarını da küçələrə asıb qurudurlar. Yaxınlıqdan isə, dəmiryol xətti keçir. Düzdür, daha o dəmiryolunun səsindən başqa Şanxaylılara zərəri yoxdur, amma faydası da yoxdur...

Evlər dib-dibə tikilib. Qaz sayğacları birbaşa evlərin divarlarına vurulub. Bir sözlə, sivilizasiyadan uzaq bir məhəllə var... Şanxay.../Bizimyol.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1159   Tarix: 02 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,

5 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai

5 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr