Separatçı Babayan: Biz heç vaxt Bakı ilə danışıqların əleyhinə olmamışıq
Biz heç vaxt Bakı ilə danışıqların, dialoqun əleyhinə olmamışıq, lakin bunlar danışıq və ya dialoq naminə aparılmamalıdır, hansısa tərəqqini təmin etməlidir.
Bu barədə Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə olan qondarma və oyuncaq "DQR" "prezidentinin" müşaviri David Babayan bildirib.
"Əgər problem humanitar sahədədirsə, deməli, burada hər hansı məsələ ola bilməz, çünki 2020-ci ildən Azərbaycan tərəfi ilə vaxtaşırı bununla bağlı müzakirələr aparılır. Amma indi Azərbaycan bizə başqa mövzu, başqa format təlqin etdirməyə çalışır. Bəzən dialoq aparmaqdansa, dialoq aparmamaq daha yaxşıdır, çünki bu, sonradan daha çətin vəziyyətə gətirib çıxara bilər.
Biz bərabər səviyyədə danışmağa çağırırıq, lakin Qarabağdakı (qondarma qurumu nəzərdə tutur-red.) çətin vəziyyəti nəzərə alsaq, bu, real görünmür. Biz Ermənistanda cəmiyyətin Qarabağ ermənilərinə göstərməli olduğu qayğını görmürük. Bu isə Ermənistan üçün böyük faciəyə gətirib çıxaracaq. Azərbaycan artıq indidən azərbaycanlıların Ermənistana qayıtmasından danışır", - deyə, Babayan bildirib.
Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb