"Təbliğat keçmir, cəza lazımdır" - ARAŞDIRMA

"Təbliğat keçmir, cəza lazımdır" - ARAŞDIRMAİllər keçir, piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmır. Ekspertlər deyir ki, bunun əsas səbəbi piyadaların məsuliyyətsizlikləri ilə bağlıdır. Təcrübə göstərir ki, piyadavurma hallarının əhəmiyyətli faizi yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında baş verir.

Hər gün piyadaların ölümü, yaxud xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə xəbər qarşımıza çıxır. Bəzi günlər 4-5 belə hadisə baş verir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2022-ci ildə 683 piyadavurma hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı 64 nəfər həyatını itirib, 369 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 2021-ci ildə 721, 2020-ci ildə isə 664 belə hadisə baş verib. Yəni ciddi azalma yoxdur. İllərdir bu problem var və həlli üçün çalışılır, bəs niyə ciddi azalma getmir?

"Kaspi" qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Əsas səbəb insanların təhlükəsizlik qaydalarına laqeyd yanaşmasıdır

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, əsas səbəb insanların öz həyatına laqeyd yanaşmasıdır: "Əvvəllər piyadalarla bağlı vəziyyət bərbad idi, keçidlər zəbt olunmuşdu. İndi də bu hallar var, amma əvvəlki illərə baxanda, piyadalar üçün şərait indi yaxşıya doğru gedir. Müəyyən işlər görülür, amma yenə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri çoxdur. Burada birinci səbəb insanların təhlükəsizlik qaydalarına, öz həyatlarına laqeyd yanaşmasıdır. Televiziyada, radioda, sosial şəbəkələrdə aparılan təbliğatı sanki görmürlər, yaxud görürlər, amma diqqət etmirlər". Ekspert piyadalara nəzarətin gücləndirilməsinin tərəfdarıdır: "Son vaxtlar piyadalara nəzarət bir xeyli zəifləyib. Cəzalanan piyadaların sayı azalıb. Hətta keçidlərin yaxınlığında belə, keçiddən istifadə etmirlər. Nəzarəti gücləndirmək lazımdır. Sürücü, piyada olaraq mental düşüncəmiz budur, nəzarət, cəza olmasa, biz qaydalara əməl etmirik".

"Deyir ki, can mənimdir, özüm bilərəm"
E.Muradlı deyir ki, aidiyyəti qurumlar da bəzən məsuliyyətsizlik edirlər və bu da piyada ölümünə səbəb olur: "Məsələn, hansısa ərazidə 10-15 adam öləndən sonra həmin ərazidə piyada keçidi tikirlər. Buzovnada, Qaradağ ərazisində indi piyada keçidi tikilir. Neçə nəfər orada ölür, insanlar müraciət edirlər, aylar, illər keçir, sonra piyada keçidi qoyurlar. Aidiyyəti qurumların məsuliyyəti, ciddiyyəti olmalıdır. Həmin qurumların fəaliyyətinə ciddi nəzarət olmasa, onlar yenə də bu cür məsuliyyətsizliklərini davam etdirəcəklər. Piyada keçidi təhlükəli yerlərdə vaxtında tikilməlidir ki, ölümlərin qarşısı alınsın". Ekspert qeyd etdi ki, təbliğat işləri ilə insanları maarifləndirmək lazımdır: "Qabaqlayıcı tədbirlər sırasında təbliğat və nəzarət mexanizmi olması çox vacibdir. Təbliğat şüurlu insanların daha yaxşı düşünməsinə imkan verir. Amma adam var "Keçiddən keç" deyəndə, "Buradan keçirəm də" cavabı verir. Deyirsən ki, "Kəmər tax", deyir ki, "Can mənimdir, özüm bilərəm". Bunlara təbliğat keçmir, cəza lazımdır".

"Mütləq 60-la getməli deyilsən axı..."

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev də deyir ki, piyada məsuliyyətsizliyi birinci yerdədir: "Piyadavurma hallarının əhəmiyyətli faizi yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında baş verir. Keçid yaxındadır, amma piyada ondan istifadə etmir. Bu qədər deyirik, göstəririk, təbliğat aparırıq, maarifləndiririk, dövlət proqramı icra edirik. Soruşanda, "Bilirəm" deyir. Soruşuruq ki, bəs niyə qaydanı pozursan? Deyir ki, "Tələsirdim, həmişə keçdiyim yoldur" və s. Bəzən isə haqlı olaraq piyada deyir ki, keçid məndən 1 kilometr uzaqlıqdadır, bir çörək almaq üçün 2 kilometr yol getməliyəm, halbuki buradan tez keçirəm. Piyadalar üçün yol infrastrukturunun əlçatan olmaması, şəhərimizin piyadayönümlü olmaması da faktordur". M.Ağayev bildirdi ki, sürücülərin də məsuliyyətsizlik etdiyi məqamlar var: "Sürücülərin burda əsas rolu sürət, səhlənkarlıq, etinasızlıq, qanunsuz nəqliyyat vasitəsi idarə edilməsi halları və s.-dir. Əsas sürətdir. Sürücü deyir ki, burda "60" yazılıb, sürmüşəm də". Yer buzdursa, qar yağırsa, hava dumanlıdırsa, göz-gözü görmürsə, mütləq 60-la getməli deyilsən axı... Sürücüsən, bilməlisən ki, dağlıq relyefdir, meteoroloji şərait imkan vermir, yol örtüyü əlverişli deyil, sıxlıq var və s. Risklər var, bunları nəzərə almalısan. Sürəti elə təyin etməlisən ki, ani baş verəcək hadisənin qarşısını ala biləsən. Yaxud, adam sərxoşdur, sürücülük hüququ yoxdur, etibarnaməsi yoxdur, amma baxırsan, nəqliyyat vasitəsi idarə edir. Polisdən qaçır, sərxoş idarə edir, başqa maşınlar, piyadalar üçün təhlükədir".

Bilir, amma şəxsi nümunə göstərmək istəmir

M.Ağayevin sözlərinə görə, bir qisim insan yol hərəkət qaydaları ilə bağlı məlumatlı olsa da, onun tətbiqində maraqlı deyil: "Bilir, amma şəxsi nümunə göstərmək istəmir. Uşaq Gənclər Mərkəzi ilə bizim əməkdaşlığımız var, orada dərnəklərdə maarifləndirmə aparırıq. Oradan çıxan uşağı valideyni gəlib götürür. Yol keçəndə uşaq deyir ki, qanunsuzdur, buradan keçmək olmaz. Çünki məktəbdə öyrənib. Ana tələsdiyi üçün uşağı dartır ki, gəl buradan keçək. Uşaq müəllimdən eşitdiyini həm də yaxınlarında, cəmiyyətdə görməlidir ki, onda da vərdiş yaransın". Qurum rəsmisi deyir ki, piyadaların qaydalara riayət etməməsi ilə mübarizədə cərimə tətbiqi həmişə effektiv olmur: "Birincisi, qayda pozanların əksəriyyəti tələbə, təqaüdçü olur. Onlara tətbiq olunan cərimələrin ödənilməsində problem yaranır. İkincisi, daxili işlər orqanlarının idarəetməsində cəza təhdidi altında nəzarət tədbirlərinə meyllilik yoxdur. Biz piyadanı cəza tədbiri altında intizama dəvət etməyə maraqlı deyilik. Cəza son həddir. Biz onun tərəfdarıyıq ki, insanlar məsuliyyətlərini dərk etsinlər, öz sağlamlıqları üçün bunu etməyin vacib olduğunu bilsinlər. Ona görə də maarifləndirməyə üstünlük veririk. Yəni, insan özü məsuliyyətli yanaşmırsa, sağlamlığına biganə qalırsa, çətindir. Hər kəsin yanına bir polis əməkdaşı qoymaq mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 866   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara

5 oktyabr
.

Bakıda tanınmış restoranda biabırçılıq

Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara

5 oktyabr