Türkiyə ermənilərindən "Atatürk"lə bağlı qərara reaksiya
Erməni lobbisinin təzyiqi ilə platformada "Atatürk" serialının yayımından imtina edən "Disney Plus"a Türkiyədəki ermənilərdən böyük reaksiya gəlib.
Bu barədə "A Haber" məlumat yayıb.
Erməni Vəqflər Birliyinin sədri Bedros Şirinoğlu bildirib ki, Türkiyədə olan ermənilər belə düşünmürlər:
"Başqa yerlərdə belə düşünənlər ola bilər, amma Türkiyədəki ermənilər belə düşünmür və bu qərarı bəyənmir. Türkiyədəki erməni icması bu praktikanı demokratik mentalitet və ifadə azadlığı baxımından olduqca ziddiyyətli olaraq qiymətləndirir. Məlumdur ki, sənət və bədii istehsal ən çətin zamanlarda belə xalqlar arasında empatiyaya zəmin yaradır. Türkiyənin erməni icması şahiddir ki, sözügedən münasibət ölkəmizin dəyərlərinə və dövlətimizin zəmanəti altında birgə yaşamaq ənənəmizə uyğun gəlmir. Mən ABŞ-dakı erməni institutlarına, təşkilatlarına və beynəlxalq media qurumlarına məsuliyyətli davranmağa çağırışımızı təzələyirəm".
AKP millət vəkili Sevan Sıvacıoğlu isə deyib ki, bu qərar Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və iki ölkə arasında dostluq əlaqələrinin irəliləməsinə mane olur.
Qeyd edək ki, "Disney" platforması erməni lobbisinin təzyiqi ilə "Atatürk" serialını efirə verməyib.
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 830 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "ABŞ istənilən halda Qrenlandiyaya sahib olacaq"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı almaq istədiyini və buna istənilən yolla nail olacağını bildirib. -ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə verib. D.Tramp hazırda Qrenlandiyanı hər hansı şəkildə almağı cidd
10 yanvarTramp ABŞ-nin İranda etirazçılara köməyə hazır olduğunu bəyan edib
ABŞ Prezidenti Donald Tramp İranda etirazlarla bağlı paylaşım edib. "Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İran heç vaxt indiki qədər azadlığa can atmayıb. ABŞ kömək etməyə hazırdır", - paylaşımda qeyd olunub
11 yanvarBMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib
20 milyondan çox sudanlının tibbi yardıma, təxminən 21 milyonun isə təcili olaraq qidaya ehtiyacı var. xəbər verir ki, bunu "Africanews" BMT daxilindəki humanitar təşkilatlara istinadən bildirib. Nəşrin məlumatına görə, artıq Sudanda mininci gününə qədəm qoyan vətəndaş müharibəsi dünyada ə
11 yanvarKİV: Çin Yaponiyaya yeni nadir mineralların tədarükünü ləğv etdi
Çinin bir sıra dövlət şirkətləri yapon tərəfdaşlarına artıq onlarla yeni nadir mineralların tədarükü ilə bağlı müqavilə bağlamayacaqlarını bildiriblər. Bu cür mövcud müqavilələrin ləğv edilməsi ehtimalı da nəzərdən keçirilir. -ın məlumatına görə, bu barədə "Kyodo" xəbər agentliyi Pekin və Şanxaydak
10 yanvarMeloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb
İtaliyanın Baş naziri Ciorcia Meloni bəyan edib ki, Avropa İttifaqının (Aİ) Moskva ilə birbaşa dialoqu bərpa etmək vaxtı çatıb, çünki bu halda Aİ Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlarda təsir imkanına malıik olar. "Report" İtaliyanın "ANSA" nəşrinə istinadə
11 yanvar