Hakan Fidanın SİRRİ ortaya çıxdı: Azərbaycanın da adı keçir - ŞOK DETALLAR
Britaniyanın Middle East Eye (MEE) qəzetinin həmtəsisçisi və baş redaktoru Devid Herst Türkiyənin Rusiya-Ukrayna müharibəsinin hər iki tərəfi arasında oynadığı balanslaşdırıcı və asanlaşdırıcı roluna diqqət çəkib və xarici işlər naziri Hakan Fidan haqqında diqqətçəkən təhlil yazıb.
Herst "Türkiyənin xarici işlər naziri yeni dünya nizamını necə formalaşdıra bilər?" başlıqlı təhlilində Ukrayna müharibəsinin hərbi fəlakətə çevrildiyinə diqqət çəkib və Türkiyəyə işarə edərək "İndi ətrafdakı xaosun öhdəsindən gələ biləcək bir ölkə var" ifadəsini işlədib.
Müəllif Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri Hakan Fidanın Xarici İşlər Nazirliyinə təyin edilməsinin uğurlu bir addım olduğunu vurğulayıb:
"Hakan Fidanın sirri özünü təkcə xidmətçi deyil, dövlətin hamisi (qoruyucu -red.) kimi görməsindədir. O, Xarici İşlər Nazirliyinin başına keçməzdən əvvəl MİT-in əlində münaqişə bölgələrinin mühüm dosyeləri var idi. Qurum Ermənistanla son münaqişədə Azərbaycanın qələbəsinə dəstək verdi, Türkiyənin Vaqnerə və Liviyada zərbəçi general Haftara qarşı addımlarını müəyyənləşdirdi. O, Rusiya ilə Ukrayna arasında taxıl sövdələşməsi və əsir mübadiləsi üzrə danışıqlarda əsas rol oynadı".
Herst vurğulayıb ki, NATO bunun fərqində olmasa da, qarşımızda yeni bir dünya nizamı var və 13 ilini Türkiyənin ən kritik qurumlarından birinin başında keçirən Hakan Fidan indi ən çətin vəzifəsi ilə qarşı-qarşıyadır.
Müəllifin sözlərinə görə, dünyanın bloklara bölündüyü bir vaxtda xarici siyasətə səs və forma verə biləcək bir zəkaya ehtiyac var: "Türkiyənin yeni xarici işlər nazirində bundan daha çoxu var. Digər xarici işlər nazirləri onu və Türkiyəni daha ciddi qəbul etsələr, yaxşı olar".
Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2093 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrVarlılar Britaniyanı tərk edir
Zəngin britaniyalılar və investorlar ölkəni tərk edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini zəiflədir. Bu barədə "Bloomberg" agentliyində məqalə dərc olunub . Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədə
5 oktyabrÖzbəkistanda yeni qaz yatağı kəşf edilib
Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind
5 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabr