"Şəhidlər bulağı" tikənlərdən pul istənilib? - VİDEO
"Öz halal pulumla "Şəhidlər bulağı" tikdirirdim, qoymadılar, sökdürdülər".
Bu iddia ilə "Qafqazinfo"ya Masallı rayonunun Təzə Alvadı kənd sakini Ədalət Əliyev müraciət edib.
Vətəndaşın sözlərinə görə, daha əvvəl də kənddə "Şəhidlər bulağı" tikmək istəyən sakinlər olub. Tikinti işlərinin davam etdirilməsinə görə onlardan pul istənilib:
"Tikintini də sökürdülər. Bir az qabaqda da bulaq tikmək istəyənlər var. Onlara da deyiblər ki, "5000 manat ver, tikinti işlərini et". Guya hansısa fond var. Pul həmin fonda gedir və tikinti etməyə icazə verilir. Qanuni yolla etmək istədiklərini deyəndə isə cavab gəlib ki, belə gec alınar. Ərizə yazsalar, gec cavab verilər".
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşlar tərəfindən avqustun 1-də şifahi müraciət olunub:
"Onlara müvafiq qanunvericilik izah olunub, (layihənin çəkilməsi və digər sənədləşmə işlərinin aparılması) sonra yenidən müraciət etmələri tövsiyə edilib. Videonu çəkən vətəndaş kimsəyə məlumat vermədən, icazə almadan öz istəyi ilə tikinti işi həyata keçirib. Onun bu əməlinin qarşısı alındığı üçün tikintisini apardığı obyektin guya şəhidlər bulağı olduğunu qeyd edib.
Kimlərdənsə, nə vaxtsa pul tələb olunması iddiası isə əsassızdır. Yalnız tikinti dayandırıldıqdan sonra vətəndaşa müvafiq qanunvericilik izah olunub və müvafiq sənədləşmə işlərinin aparılması tövsiyə edilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 945 Tarix: 06 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
5 oktyabrAQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabrErmənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,
5 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabrToylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabr