Fars körfəzində qanlı savaş başlaya bilər: İrana qarşı koalisiya?
"Fars körfəzindəki 3 ada ilə bağlı olaraq münaribənin başlanması ehtimalı yüksəkdir. Əfqanıstanda Taliban, ərəb ölkələri və İsrail də İrana qarşı prosesin iştirakçısı olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev son zamanlar Fars körfəzində gərginliyin artmasını şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Fars körfəzindəki mübahisə mənbəyi olan 3 ada əslində BƏƏ-ə məxsusdur:
"Bu adalar İran sahilinə yaxınlıqda yerləşir, lakin bu ölkənin daxili sularına aid deyil. Buna baxmayaraq, Tehran da tərslik edərək, adalara iddiasından əl çəkmir. Vaşinqton isə İranı cəzalandırmağa çalışır. İranın parçalanması ABŞ-ın 1997-ci ildə qəbul etdiyi planında yer alıb. Bu plan 2025-ci ilə qədər başa çatmalıdır".
Onun sözlərinə görə, Taliban, körfəz ölkələri, İsrail İrana qarşı qaldırılır:
"Görünən budur ki, dünyanın da qəbul etməsi üçün İranla bağlı hansısa bir tutarlı əsas hazırlamağa çalışırlar. Əvvəllər dünyada yalnız tək ABŞ ağalıq edirdi, indi Rusiya da iddia edir, ancaq gücü çatmır. Çin də tədricən güclənir. Pekin və Moskva bu fonda İranı dəstəkləyir. Yaranmış vəziyyət Fars körfəzində müharibənin başlanması ehtimanının böyük olduğunu düşünməyə əsas verir. Yaxın və Orta Şərq müharibə ocağına çevrilməyə hər zaman hazırdır. Amma ondan qaçmaq ehtimalını da istisna etmək olmaz. Qarşıdan gələn bir il ərzində tərəflər arasında körfəzdə mübaribə baş verə bilər. Bir il ərzində bu olmasa, deməli, həmin dağıdıcı proses də olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb