Prezident SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı-Qəhrəmanlı-Gödəklər-Bünyadlı-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
President.az-ın xəbərinə görə, sərəncamla on altı min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən Allahyarlı-Qəhrəmanlı-Gödəklər-Bünyadlı-Sarısu avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon (on bir milyon doqquz yüz min) manat ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, bu sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1624 Tarix: 14 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr