Bu dəfə də rəzil oldular - TƏHLİL

Bu dəfə də rəzil oldular - TƏHLİLBMT Təhlükəsizlik Şurasında son müzakirələrdə Ermənistan diplomatik səviyyədə daha bir ağır məğlubiyyətə düçar oldu. Beynəlxalq ictimaiyyət bir daha ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdi.

Avqustun 16-da Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanın Qarabağ bölgəsində "humanitar böhran"ın müzakirəsinə toplaşdı. Bu, ağır hərbi məğlubiyyətdən sonra İrəvanın məsələni BMT səviyyəsində müzakirəyə çıxarıb Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq istiqamətində ikinci cəhdi idi. Lakin, arxasında BMT TŞ-nin daimi üzvü olan Fransanın tam dəstəyinə baxmayaraq, Ermənistan 2022-ci ilin dekabrında olduğu kimi, bu dəfə də istədiyini əldə edə bilmədi.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Əslində, BMT-də müzakirələrin təşkili nə qədər Azərbaycanın yaratdığı reallıqlara uyğun gəlməsə də, rəsmi Bakıya kimin hansı mövqeyi sərgilədiyini həm dünyaya nümayiş etdirmək, həm də aydınlaşdırmaq üçün bir imkan yaratdı. Gözlənildiyi kimi, Azərbaycanın ədalətli mövqeyini zədələməyə çalışan, ermənilərin məkrli planlarını açıq şəkildə dəstəkləyənlərin başında hər zaman olduğu kimi, Fransa və onun Avropadakı "sözdeyənləri" dayanırdı. Özünün qəbul etdiyi dörd məşhur qətnamənin uzun illər ərzində sadəcə kağız üzərində qalmasına göz yuman, 25 il ərzində bir dəfə də olsun Qarabağdan danışmayan BMT-nin qısa müddətdə iki dəfə Ermənistanın əlində alətə çevrilməsi dünya nizamında bu qurumun mövqelərinin ciddi şəkildə sarsıldığını nümayiş etdirdi.

"Yazıq, məzlum" obrazının fiaskosu

BMT TŞ-dəki müzakirələrdə bir məqam xüsusi diqqət çəkdi: Ermənistan və Azərbaycan diplomatiyası arasındakı dərin uçurum. İrəvan qarşısına qoyduğu "məqsəd"lərə nail olmaq üçün son 100 ildə dəyişməz qalan "məzlum, yazıq, daim təzyiqlərə məruz qalan əzabkeş" obrazına bürünərək böyük dövlətlərdən yardım dilənmə siyasətini davam etdirir. Lakin, dünya siyasətini formalaşdıran aparıcı güclər, hətta erməni lobbisinin geniş imkanlara malik olduğu ABŞ kimi dövlətlər də artıq onların "yazıq, məzlum" sifətini görməkdən bezib. 2022-ci ilin dekabrında BMT-dəki müzakirələrdə heç bir qətnamə və bəyanat qəbul edilməməklə bu mövqe diplomatik yolla Ermənistan siyasi rəhbərliyinin diqqətinə çatdırılmışdı. Görünən odur ki, İrəvan həmin dərsdən nəticə çıxartmayıb.

Mirzoyan Nyu-Yorku başıaşağı tərk etdi

Əslində, BMT TŞ səviyyəsində hər iki müzakirələrdə oxşar ssenarinin yaşanması, ermənilərin əliboş və başıaşağı vəziyyətdə Nyu-Yorku tərk etməsinin əsas səbəbi Azərbaycanın yürütdüyü siyasətdir. Bakının nüfuzlu beynəlxalq tribunalarda hər bir hesabatı reallığa, güclü siyasi iradəyə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan təkzibolunmaz arqument və faktlara əsaslanır. Biz bunu Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin çıxışında bir daha müşahidə etdik. Çox güclü arqumentlər və dəqiq siyasi ritorika ilə hazırlanmış bu çıxış Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın aylarla üzərində işlənilən, qərb texnoloqları tərəfindən hazırlanan "tezis"lərini darmadağın etdi. Uzun müddətdir ki, erməni lobbisinin rüşvət müqabilində hazırlatdığı "ekspert rəyləri", aparıcı media orqanlarındakı təbliğatına baxmayaraq, bu dəfə də Ermənistan Azərbaycanın qarşısında aciz duruma düşdü. Hərb meydanında olduğu kimi...

Ərazi bütövlüyü və suverenliyimizə hörmət

Beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan tərəfinin danışıqlar yolu ilə məsələnin həllinin mümkün olmamasına dair söylədikləri manipulyasiyadır. Azərbaycanın humanitar vəziyyətin kəskinləşməsi baş vermədiyi halda belə, bunu önləmək üçün qarşı tərəfə təqdim etdiyi təklifləri İrəvanın qəbul etməməsi faktlarla ortaya qoyuldu. Müzakirələr göstərdi ki, bizim təqdim etdiyimiz təkliflər əsasında hazırda humanitar problemi həll etmək imkanı var. Sadəcə, Ermənistanı və separatçı xuntanın qalıqlarını Qarabağın erməniəsilli sakinlərinin problemi yox, Azərbaycana qarşı davam edən ərazi iddiaları və başqa mənfur nüanslar maraqlandırır.
Bunun məntiqi nəticəsi olaraq BMT TŞ-dəki toplantı sadəcə müzakirə mahiyyəti daşıdı. Ermənistanın gözlədiyi kimi, Azərbaycan əleyhinə hansısa bəyanat və ya qətnamə qəbul edilmədi. Əksinə, BMT çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət birmənalı olaraq ifadə olundu. Hətta "uzunmüddətli danışıqlar" tezisini irəli sürən ABŞ və ermənilərin əsas himayədarı Fransa belə, bu çərçivədən kənara çıxmadı.

Problemlər BMT-də yox, yerində həll olunmalıdır

Beləliklə, BMT üzvlərinin vurğuladığı kimi, regionda sülh, suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır. İki ölkə arasındakı problemlər hansısa beynəlxalq platformalarda deyil, Azərbaycanın da təklif etdiyi kimi, yerində həll olunmalıdır. Müzakirələrlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından kiçik bir hissəyə diqqət yetirək: "Suverenliyimizi və ərazi bütövlüyümüzü BMT nizamnaməsinə uyğun qanuni vasitələrlə qorumaqda əzmliyik". Bu cümlə, əslində, növbəti dəfə sülhdən qaçmağa çalışan Ermənistana bir xəbərdarlıqdır. Ermənistan rəhbərliyi və əhalisi, hətta separatçılar belə, Azərbaycanın şərtləri və irəli sürdüyü prinsiplər daxilində sülh sazişi imzalamaqdan başqa çıxış yolunun olmadığını anlamalıdır. Əks təqdirdə Azərbaycan məhz BMT-nin nizamnaməsi əsasında zəruri addımları atacaq və heç bir qüvvə bu iradənin qarşısında dayanmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1141   Tarix: 20 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr