"Özbəkistan Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib" - ŞƏRH
Özbəkistan nəinki Türkiyəni, hətta bütün ölkələri geridə qoyaraq Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında lider mövqeyə yüksəlib.
"Azərbaycan ticarət apardığı 240-dan çox ölkədən təxminən 100 ölkə ilə (2022-ci ildə 97 ölkə olub) illik dövriyyəsi 1 milyon dollardan çoxdur. Özbəkistan məhz bu 100 ölkə arasında son 6 ildə Azərbaycanla ticarət dövriyyəsini 1200% artırmışdır. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötmüşdür. Yalnız Avstraliya bəzi illərdə Özbəkistandan üstün artım sərgiləsə də bunun davamlı olmaması görə onu dinamik aldandırmaq olmaz".
Bu sözləri Sonxeber.az-a iqtisadi ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, dünən Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda və bü gün isə Energetika nazirləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair imzalanan Yol Xəritəsi ölkələr arasında iqtisadi münasibətləri yeni mərhələyə keçdiyindən xəbər verir.
"Çünki, iqtisadiyyat nazirinin olduğu biznes forumda ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi dair aparılan müzakirələr və imzalan sənədlər, eyni zaman da energetika nazirinin imzaladığı 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlıq ölkələr arasında ciddi perspektivdən xəbər verir, deyə bilərik. Qalır, bu proseslərin kağız üzərindən reallığa çevrilmək. Bu isə işin çətin və məhsuliyyətli tərəfidir. İstər biznesforumdan, istərsə də imzalanan yol xəritəsindən gözləntilərin gercəkləşməsi üçün aidyyətı qurum rəhbərlərindən tutmuş, həmin qurumlarda çalışan əməkdaşlara qədər, eləcə də bu və ya digər formada bu proseslərlə əlaqəli olan bütün subyektlərdən gərgin əmək və zəhmət tələb edir. Çünki böyük işlər üçün böyük zəhmət və davamlı əmək mütləqdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrBrent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb
Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai
29 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabr