Samir Dübəndi: "Qarabağda kiçik yerləşmə vasitələri də yaradılmalıdır"
Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin təməlinin qoyulması çox sevindirici hadisədir, amma hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə kiçik yerləşmə vasitələri də yaradılmalıdır.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi bildirib.
O, fikrini hazırda Qarabağa müxtəlif məqsədli gediş-gəlişlərin sayının çox olması ilə əlaqələndirib:
"Laçındakı yeni kompleks 100 otaqlı nəzərdə tutulub və əlavə kottec imkanları da olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə müxtəlif yerləşmə yerlərinin yaradılması həm bölgəyə işgüzar səfər edənlərin yerləşdirilməsi, həm də gələcəkdə turizm potensialımızın yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bu ərazilərdə kiçik, ucuz və az ulduzlu hotellərə də ehtiyac var. Belə obyektlər üçün biznes subyektlərini maraqlandırmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 851 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr