"Rəqqas"ın "sülh göyərçini"nə çevrilməsi

"Rəqqas"ın "sülh göyərçini"nə çevrilməsiErmənistan hərbi-siyasi rəhbərliyi BMT Təhlükəsizlik Şurasında düşdüyü acınacaqlı vəziyyətdən çıxmaq üçün yollar axtarır. Baş nazir Nikol Paşinyanın birdən-birə ölkəsinin 1990-cı ildə qəbul edilmiş "müstəqillik bəyannaməsi"ni tənqid etməsi də bu kontekstdə qiymətləndirilə bilər.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası(TŞ) erməni tərəfinin israrlı tələbi ilə Azərbaycanın Qarabağ bölgəsində "humanitar böhran"ı müzakirə etmək üçün iclas çağırdı. Amma bütün dünyaya Qarabağ ermənilərinin acından qırıldığı, Azərbaycanın soyqırımı siyasəti yürütdüyü barədə car çəkən erməni siyasi elitasının arzusu qursağında qaldı. Ermənilərin gözlədiyinin tam əksinə olaraq, iclas adi qaydada keçdi. Heç bir sənədin qəbul edilməməsi Azərbaycanın diplomatik qələbəsindən xəbər verdi. Eyni zamanda, dünya ictimaiyyətinin artıq ermənilərdən bezdiyi, erməni təbliğat maşınının əvvəlki kimi işləmədiyi bir daha sübut olundu. Elə erməni müxalifəti də bu iclası Paşinyanın üzünə vurulan tərs şillə kimi xarakterizə etdi.

Ermənistanın "müstəqillik bəyannaməsi" dəyişdirilir?

BMT-dəki biabırçı uğursuzluqdan sonra Paşinyan, deyəsən, siyasi kursuna dəyişiklik etmək qərarına gəlib. O, 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilən "müstəqillik bəyannaməsi"ni tənqid edib. Sözügedən bəyannamədəki bəndə əsasən, Qarabağ Ermənistanın ərazisi sayılır. Bu isə günümüzdə istər 2020-ci il müharibəsindəki Ermənistanın məğlubiyyəti, istərsə də regionda dəyişən geosiyasi reallıq baxımından nə Ermənistana, nə də Paşinyana sərf edir. Onun bu çıxışı erməni müxalifətinin də nəzərindən yayınmayıb. Tiqran Abramyan, Qaqik Tsarukyan kimi müxaliflərlə yanaşı, Qarabağdakı separatçı rejimin tör-töküntüləri də Paşinyanın "təbrik"inin mürəkkəbi qurumadan ağız-ağıza verərək tənqidlərə başlayıblar. Görünən odur ki, artıq erməni siyasi elitası reallığı dərk edir. Tezliklə, müxalifətin ehtimalına görə isə, sentyabr ayından Paşinyan bəyannamənin dəyişdirilməsi ilə bağlı düyməyə basa bilər. Dəyişiklik isə ermənilərin Qarabağla bağlı iddialarının tamamilə aradan qaldırılması deməkdir. Müxalifət bunu gözəl anlayır. Bu səbəbdən də sentyabrda kütləvi aksiyalara start verməyi planlaşdırır. Son günlər aktivləşən kilsənin dəstəyinə bel bağlayan müxalifət İrəvan şəhərində yaxın günlərdə keçiriləcək meriya seçkilərinə də fokuslanıb. Müxalif düşərgənin bəzi təmsilçiləri hesab edirlər ki, bu seçkilərdə müxalifətin qələbəsi Paşinyanı devirmək və revanş üçün yol aça bilər. Müxalifətin bəzi hissəsinin fikrinə görə isə, bu seçkilərdə Paşinyanyönümlü qanadın qələbəsi İrəvanı da Azərbaycana təhvil vermək üçün hazırlanan planın tərkib hissəsi olacaq.
Paşinyanı qəfil "sülh göyərçini"nə çevirən səbəblər

Paşinyan təbrikində qeyd edib ki, sülh əldə olunmasa, SSRİ ruhu Ermənistan səmasında uçmağa davam edəcək. Baş nazir etiraf edib ki, müharibədən sonra bəyannaməni oxuyarkən mütaliəsi başqa mənzərə canlandırıb. Nikol 1990-cı ildə qəbul edilən bəyannamənin Ermənistanı region dövlətləri ilə qarşıdurma vəziyyətində saxlayan, əslində müstəqilliyi itirməyə doğru atılan addım kimi qiymətləndirib. Bir vaxtlar Şuşada yallı gedən, "Qarabağ Ermənistandır" deyən Paşinyanı bu gün reallığı dərk edərək bu tip bəyanatlar verməyə vadar edən səbəblər var. BMT-dəki uğursuzluq, kilsənin açıq şəkildə ona qarşı çıxması, Azərbaycanla İran arasında münasibətlərin getdikcə normallaşması Paşinyanı "sülh göyərçini"nə çevrilməyə vadar edir. Artıq erməni siyasi elitası dərk edir ki, sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu qalmayıb. Bu sıraya eyni zamanda Zəngəzur dəhlizinin açılmasını da əlavə etmək olar. Eyni anda nəzərə almaq lazımdır ki, baş nazir son illərdəki səriştəsiz siyasəti ilə həm Qərbi, həm də Rusiyanı narazı salıb.

Ermənistanda payız gərgin keçəcək

Nikolun Ermənistanın müstəqillik bəyannaməsini tənqid etməsi ilk deyil. Bundan əvvəlki illərdə də baş nazir "təbrik"lərində bəyannaməni tənqid etmişdi. Bu dəfə isə onun bəyannaməni dəyişdirmək üçün özündə qətiyyət gördüyü sezilir. Erməni müxalifəti isə sentyabr ayından başlayaraq, hökumətə göz verib işıq verməyəcəyini vəd edir. Müxalifətin aktivləşməsi, "Gallup" sorğularının nəticələri Ermənistandakı vəziyyətin nə dərəcədə acınacaqlı olmasından xəbər verir. Artıq region yeni geosiyasi reallıqlara qədəm qoyur. Başqa yolu qalmayan Paşinyan ya quzu kimi Azərbaycanın qətiyyətli mövqeyinə tabe olub sülh danışıqlarını sürətləndirərək sənədi imzalayacaq, ya da dəmir yumruğu yenidən hiss edəcək. Bu isə səfalət içində çalxalanan erməni dövlətçiliyinin sonu ola bilər…


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3001   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr