"Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyması hüququn kobud pozuntusudur"- Bəhruz Məhərrəmov

"Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyması hüququn kobud pozuntusudur"- Bəhruz Məhərrəmov"Rusiya sülhməramlılarının Qızıl Aypara Cəmiyyəti tərəfindən Bakıdan yola salınan yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyması həm beynəlxalq, həm də milli hüququn kobud pozuntusudur".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.

O qeyd edib ki, burada əsas məqsəd Qarabağın erməni sakinlərinə real durumun 30 il ərzində Ermənistanın düşmənçilik və milli nifrət aşılayan təbliğatından fərqli olduğunu, Azərbaycanın öz erməni vətəndaşlarına düşmən kimi baxmadığını göstərməkdir:

"1949-cu il Cenevrə Konvensiyaları və onun 1977 və 2005-ci illər Əlavə Protokollarına, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının beynəlxalq fəaliyyətinin təşkili haqqında 1997-ci il Sevilya Sazişinə, Hərəkatın Nizamnaməsinə əsasən qanuni əsasda təşkil olunan, dövlətlərin suverenliyi prinsiplərinə zidd olmayan humanitar fəaliyyətlərə maneə yaradılması yolverilməzdir.

Ötən ilin dekabrına qədər Laçın yolu vasitəsilə Ermənistandan, İrandan, Fransadan silah-sursat daşıyan çoxsaylı karvanları görməzdən gələn Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolu üzərində hərəkətə maneə yaratması eyni zamanda ikili standartların göstəricisidir.

Azərbaycana aydındır ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası olan ərazilərimizdə heç bir humanitar böhran mövcud deyil. Lakin buna rəğmən rəsmi Bakı Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin mümkün ehtiyaclarının qarşılanması üçün Xankəndiyə humanitar yardım karvanı yola salıb. Burada əsas məqsəd Qarabağın erməni sakinlərinə real durumun 30 il ərzində Ermənistanın düşmənçilik və milli nifrət aşılayan təbliğatından fərqli olduğunu, Azərbaycanın öz erməni vətəndaşlarına düşmən kimi baxmadığını göstərməkdir. Humanitar təşəbbüslə reinteqrasiya prosesində Azərbaycan səmimiliyini və xoş niyyətini, eyni zamanda Ağdam-Xankəndi yolunun işlək, təhlükəsiz və daha səmərəli olduğunu, habelə Qarabağın erməni sakinləri üçün isə yeganə nicatın dalana dirənmiş, özü yardımlar hesabına ayaqda qalan Ermənistan yox, məhz bu yolla yalnız Azərbaycan olduğunu nümayiş etdirməkdədir. Bu proses, eyni zamanda Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyət orqanları ilə təmaslarında yeni bir mərhələ, qarşılıqlı etimad mühitinin möhkəmlənməsində mühüm amilə çevrilə bilər. Lakin görünən odur ki, humanitar karvanla bağlı terrora çağırış edən Qarabağdakı separatçı-radikal ünsürlərlə bərabər, Rusiya sülhməramlıları da bu missiyanın mümkün pozitiv nəticələrindən narahatdır".

Deputat vurğulayıb ki, Qarabağa silah-sursat daşınmasına göz yuman sülhməramlı kontingent Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardımın keyfiyyət sertifikatını tələb edir:

"Təsəvvür edin, müharibədən sonrakı iki il ərzində Qarabağa silah-sursat daşınmasına göz yuman, hətta göz yummaqla da kifayətlənməyib daşımalara aşkar dəstək verən, bu daşımaların təhlükəsizliyini təmin edən sülhməramlı kontingent Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardımın keyfiyyət sertifikatını tələb edir. Sual yaranır, əgər Laçın sərhəd-buraxılış məntəqəsi qurulmasaydı, Ermənistandan gələn "humanitar yüklər", yaxud Fransaya məxsus təxribat karvanından da keyfiyyət sertifikatı tələb olunacaqdımı? Yaxud Azərbaycan ərazilərində basdırılmış 2021-ci il istehsalı minalar müharibə cinayətlərinin davamı kimi sərhədlərimizdən qanunsuz əsaslarla keçirilib gətirilərkən sülhməramlılar belə həssaslıq göstərmişdilərmi?
Bu mənada sülhməramlılar, özlərinin qeyri-müəyyən mandatlarına uyğun olmayan qanunsuz fəaliyyətlərdən çəkinməli, Azərbaycan vətəndaşlarının Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin III hissəsində azadlıq hüququnun vacib elementlərinən biri kimi təsbit olunmuş sərbəst hərəkət imkanına, o cümlədən Rusiya Prezidentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mövqeyinə hörmətlə yanaşmalıdırlar".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2007   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr