"Dahi siyasətçi Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu" -Kamilə Əliyeva

"Dahi siyasətçi Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu" -Kamilə Əliyeva"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir Azərbaycan vətəndaşının firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, "Sovet, Sosialist" sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb:

"1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən ulu öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
30 sentyabr 1990-cı ildə ulu öndər Azərbaycan SSR və NMSSR Ali Sovetinə deputat seçildi. Bu ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayrağın, gerbinin, himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada NMSSR-nın adındanv tərəfindən irəli sürülə bilərdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası "Sovet, Sosialist" sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu cür cəsarətli, qətiyyətli addımlar məhz Heydər ƏliyeAli Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirov və Mütəllimovun da günahkar olduqlarını qeyd etdi.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Dağlıq Qarabağ münaqişəsində SSRİ rəhbərliyi ilə yanaşı Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini , eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı təsdiq olunmasında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Bunun nəticəsində sessiyada "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında " Bəyannamə qəbul edildi. 1991-ci il oktyabr ayının 18- də isə Ali Sovet "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Ulu öndər Heydər Əliyev AXC-nin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib və AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçiliyin, müstəqilliyin əsaslarının qoyulmasında əhəmiyyətini qeyd edirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu. Tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi, müdrik dövlət başçısı Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kursla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 963   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr