Şarl Mişel Azərbaycanın addımını dəstəklədi
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda vurğulanır ki, Avropa Şurasının Prezidenti Şarl Mişel Laçın yolunun tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək mərhələli yanaşma təklif edib.
"Bu addımların ardıcıllığı və bu yolların hər biri vasitəsilə çatdırılacaq yükün növü, o cümlədən müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib", - bəyanatda qeyd olunur.
Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyacların təchizatının təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər:
"Bu elementlər üzrə müzakirələr Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin 2023-cü il iyulun 15-də Brüsseldə keçirilən son görüşündən sonra başlayıb. Paralel olaraq, fikir mübadilələri həm də Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib.
Aİ dayanıqlı həllə nail olmaq üçün münaqişənin kökünə baxmağın vacibliyini vurğulayıb. Bu baxımdan, Bakı ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək.
Bakı ilə Qarabağ erməniləri arasında dialoq inam və etimadı gücləndirməlidir. Bu məqsədlə Aİ prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün regionda iştirak üçün müxtəlif təkliflər təqdim edib.
Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə İrəvan arasında münasibətlərin bütün əhalinin rifahı naminə qalıcı normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda cəsarətli kompromis həllərin vaxtıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb