Paşinyanın təbriki Azərbaycanın sülhəməcburetmə əməliyyatının yeni mərhələsini başlada bilər

Paşinyanın təbriki Azərbaycanın sülhəməcburetmə əməliyyatının yeni mərhələsini başlada bilərErmənistanın baş naziri Nikol Paşinyan tarixin keçmişində ləkə kimi qalmış Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Öncəliklə yada salaq ki, Paşinyan hələ 2019-cu ilin avqustunda "Qarabağ Ermənistandır" deyəndən sonra - 2020-ci ildə - müharibə başladı və İrəvan sarsıdıcı məğlubiyyətə düçar oldu.

İndi də Paşinyanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı bəyanatı, Qarabağın ayrıca ərazi vahidi kimi olmasını arzu etməsi Ermənistan üçün əhəmiyyətli dönüş nöqtəsi sayıla bilməz.

Birincisi, Paşinyanın qeyd etdiyi Dağlıq Qarabağ inzibati vahidi yoxdur, onun əvəzində Qarabağ iqtisadi rayonu var.

İkincisi, Paşinyanın mövqeyinin narrativi Azərbaycanın bölgədə sülh yaratmaq üçün hərbi tətbiqləri işə salmasına təkan verir, görünür ki, baş nazir 2019-cu ilin avqustundakı bəyanatının nəticələrindən dərs çıxarmayıb.

Üçüncüsü, regionda yaranan reallıqlarda həm Qərb, həm də Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını bəyan ediblər, elə Paşinyan özü də belə bir mövqeni dilə gətirmişdi.

Deməli, Ermənistan baş nazirinin yeni açıqlaması ilə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı ziddiyyət təşkil edir.

Paşinyanın mövqeyindəki yeni U dönüşünün səbəbi Ermənistanın hələ də Qarabağla bağlı iddialarından əl çəkmədiyin göstərir. Hərçənd, Paşinyan yerlə bir edilmiş "müstəqillik" günündə başqa bir mətn də səsləndirə bilməzdi. Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu başqa platformalarda yenidən etiraf edəcək, indi üçün isə onun açıqlaması daxili auditoriyadakı qızğınlığın üzərinə su səpmək məqsədləri daşıyır.

Ancaq bu o mənanı çıxarmır ki, Paşinyan Rusiya, Qərb qarşıdurmasının arasında Ermənistanın işğalçılıq siyasətini mövqeləndirməkdən əl çəkir. Buraya İranın, Fransanın (Qərb olsa da, fərqli motivlərlə hücuma keçir), Hindistanın İrəvan üçün oynadığı müsbət rolları da əlavə edəndə Ermənistanın işğalçı doktrinası üçün motivasiya mənbələrini daha açıq gözlə görmək olur.

Bununla belə, Ermənistan ona enerji verən generatorlardan güc aldığını düşünsə də, regiondakı reallıqları dəyişdirə bilmək potensialından nəzərəçarpacaq dərəcədə məhrumdur.
Ona görə də Paşinyan bu məhrumiyyətləri dilə gətirir, beynəlxalq gündəmə Qarabağla bağlı iddiaları Ermənistanın işğalçılıq siyasəti əsasında oturtmağa çalışıb nəyəsə ümid bəsləyir.

Paşinyanın nəyi, hansı səbəbə deməsindən asılı olmayaraq, onun Qarabağdakı separatçıları təbrik etməsi Ermənistanın Azərbaycanla sülh danışıqlarını sabotaj etməsidir.

Ermənistan "Qarabağ Azərbaycan ərazisidir" mövqeyini rəsmiləşdirməyib, şifahi bəyanatlarla (bunun özü də bir göstəricidir) vaxt qazanmağa çalışacaqsa, Azərbaycan növbəti danışıqları regionda yarada biləcəyi yeni reallıqlarla formalaşdıracaq.

Azərbaycan üçün Ermənistanın mövqeyindəki ziddiyyətlər qəbuledilməzdir, ona görə ki, sülh prosesi ilə uyğunluq dərəcəsi itir.

Sülh danışıqları ilə əldə edilən nəticələrini Azərbaycan üçün itkiyə çevirmək cəhdi Paşinyanın dilində aydın bir şəkildə səslənir.

Bu, rəsmi Bakı tərəfindən qəbuledilməz bir davranışdır, ona görə də Azərbaycanın Ermənistanı sülhəməcburetmə əməliyyatları növbəti mərhələ üçün aktuallıq qazanacaq.

Bu elə bir faza ola bilər ki, artıq Ermənistan üçün barmağını sala biləcək heç bir yer qalmasın. Regional və qlobal miqyasın konteksti də İrəvan üçün xoşbəxt gələcək vəd etmədiyindən Azərbaycan daha münbit şəraitin yetişməsini gözləyəcək ki, Ermənistanı birdəfəlik yerində oturtsun...

Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 12536   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr