BBC-dən Azərbaycana qarşı təxribat
Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Qarabağla bağlı hazırladığı veriliş təəssüf və hiddət doğurur. Aparıcısı Kristian Frezerin olduğu "Context" verilişində iki erməni Qarabağdakı hadisələrlə bağlı danışır. Daha doğrusu, nağıl söyləyir, hədyan səsləndirir.
Onlardan biri musiqiçi Serj Tankiyan, digəri isə Artak Beqlaryandır. Veriliş "Dağlıq Qarabağda humanitar böhran" başlığı ilə təqdim olunub. Danışanlar da bu mövzuda ənənəvi erməni fikirlərini təqdim edirlər.
BBC Britaniyanın ictimai yayım xidmətçisidir. Hökumətlə açıq-gizli əməkdaşlığı var. Həmişə qərəzsizliyi özünün kredosu elan edən BBC-nin təqdimatının özü başdan-ayağa qərəz və ədalətsizlikdən ibarətdir.
Necə yəni böhran? Qarabağda böhranmı var? İkincisi, niyə BBC Qarabağ adının önünə "Dağlıq" sözünü də yapışdırır? Axı Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var. Bu da Azərbaycan ərazisidir, vəssalam.
Bu, qərəzin birinci hissəsidir.
İkinci hissə - danışanların hədyanlarıdır. BBC yalnız iki erməninin həyasız tezislərinə yer verir. Heç Azərbaycan tərəfinin mövqeyi işıqlandırılmır.
Üçüncü hissə budur ki, BBC Artak Beqlaryanı "Artsax respublikasının keçmiş ombudsmanı" kimi tanıdır. Bu qədəri də yox! Axı Qarabağda heç zaman dövlət olmayıb. Hələ Azərbaycan-Ermənistan münaqişəsi zamanı qondarma rejimin "müstəqilliyini" heç bir ölkə tanımamışdı.
İndi isə o qondarma rejim də tarixin arxivinə gömülüb. Azərbaycan yeni reallıq yaradıb. Bəs görəsən, BBC-yə nə gəlib ki, "Artsax respublikası" ifadəsindən istifadə edir?
Bu, erməni təbliğatının dilidir. Bu, Ermənistanın işğalçılıq siyasətinin propaqandasını aparmaqdır.
Özü də BBC özünə peşəkar deyir. Bu boyda qələtdən sonra hansı peşəkarlıqdan danışmaq olar? Bunlar ritorik suallardır.
Böyük Britaniya ilə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Britaniya özü Azərbaycanın mövqeyini ikiəlli dəstəkləyir. BBC isə özünü göydən zənbillə düşmüş kimi aparır.
Utanmasan, oynamağa nə var ki... BBC, yaxşı olar ki, səhvini düzəltsin. Hətta peşəkar media orqanıdırsa, etdiyi rəzilliyə görə Azərbaycandan üzr də istəməlidir.
Oxu.Az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb