Ankaradakı "TEXNOFEST"in azərbaycanlı iştirakçıları: "Burada həm təcrübə qazanırıq, həm də ölkəmizə maraq cəlb edirik"

Ankaradakı "TEXNOFEST"in azərbaycanlı iştirakçıları: "Burada həm təcrübə qazanırıq, həm də ölkəmizə maraq cəlb edirik"Ankarada ilk dəfə keçirilən dünyanın ən böyük aerokosmik və texnologiya festivalı - "TEXNOFEST"də Azərbaycanın təhsil sahəsi üzrə üç, kənd təsərrüfatı üzrə bir startap layihəsi yer alır.

"Report"un Ankara bürosu olaraq yarışda iştirak edən azərbaycanlı komandalarla görüşüb, onların təqdim etdiyi məhsullarla maraqlandıq.

"Safavy.org" komandası 2020-ci ildə yaradılıb. Komandanın kapitanı İqtisad Universitetinin gənc müəllimi Könül Quliyevanın sözlərinə görə, Səfəvilər dövlətinin hakimiyyəti dönəmində Azərbaycan türkcəsinə və elmə böyük əhəmiyyət verildiyi üçün layihələrinə bu adı seçiblər:

"Səfəvilər zamanında Azərbaycanın ərazi bütövlüyü qorunub və genişlənib, 2020-ci ildə də Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Təhsil startapımız vasitəsilə dünyaya bu mesajı vermək istərdik ki, Azərbaycan Səfəvilər dövlətinin prinsiplərini qoruyur və davam etdirir".

Layihənin Azərbaycanda ilk video formatlı təhsil startaplarından biri olduğunu deyən Könül Quliyeva bildirib ki, onlayn təhsil platforması vasitəsilə yerli bazar ehtiyaclarına uyğun, ən yeni mövzular üzrə peşəkar təlimçi və müəllimlərdən video dərsliklər almaq mümkündür:

"Məqsədimiz təhsili hər kəsə əlçatan etməkdir. Platformada artıq on mindən çox qeydiyyat var".

"Metatesk" layihəsi isə metakainat, gerçəkliyə yaxın virtual texnologiyaların reallaşdığı virtual təcrübə məkanını əks etdirir.

Bu startap Azərbaycanda keçirilən "TEXNOFEST"də qalib olub. Layihənin icraçı direktoru Günay İmanzadə həm də innovasiya və sahibkarlıq sahəsi üzrə prezident mükafatçısıdır. Layihə əsasən uşaqların və yeniyetmələrin dünyasını rəngləndirir: "3 D mühitlər yaradırıq. Virtual reallıq texnologiyaları ilə kosmos modeli düzəldirik, uşaqlar müəllimlə birlikdə virtual sinif otağına daxil olurlar, özlərini sanki kosmosda hiss edirlər. Fizika qanunları, təbiətdə suyun dövranı, helikopterlər necə hərəkət edir və bu kimi proseslər uşaqlar üçün çox əyləncəli və yaddaqalan olur".

G.İmanzadə deyib ki, Azərbaycandan 10, Çindən 200-ə yaxın 5-14 yaş arası şagirdləri var ki, onlar bu layihə vasitəsi ilə həyat bilgisi dərsləri alırlar.

"Edinify" komandasının kapitanı Nərgiz Seyidzadə bildirib ki, onların təqdim etdiyi layihə təhsil mərkəzləri üçün yaradılmış idarə sistemidir: "Startapımız müəllimlərin maaşlarının yanlış hesablanması, dərs cədvəllərinin yanlış tərtib olunması kimi problemlərin aradan qaldırılmasına dəstək verir. Artıq 3 təhsil mərkəzində sistemimiz tətbiq olunur. Tələbatın çoxluğu ilə əlaqədar gələcəkdə daha da böyüyəcəyini güman edirik".

"Azirrigation" layihəsi isə kənd təsərrüfatında və fərdi təsərrüfatlarda ağıllı idarəetmə vasitəsi ilə suvarmaya qənaətlə xidmət məqsədi daşıyır. Komandanın kapitanı Elmira Poladova Pedaqoji Universitetdə "Sabah" qruplarında təhsil alır. Elmira deyib ki, bu proqramı uzaqdan ağıllı idarəetmə sistemi ilə tətbiq etmək mümkündür: "Dünyanın harasında olursanız olun, öz bağçanızı bu sistem vasitəsilə suvara bilərsiz. Tövsiyə sistemlərimiz ilə isə hava şərtləri, torpağın vəziyyəti - nəmlilik, duzluluq dərəcəsi analiz edilir və ən uyğun suvarma sistemi tətbiq olunur. Proqramlaşdırdığımız bir tətbiqi telefona yükləməklə bütün sistem haqqında istənilən məlumat əldə etmək olur. Elektrik və ya su kəsildikdə, ərazidə bir dəyişiklik olduqda telefon vasitəsilə şəxsə dərhal məlumat verilir".

Öz vəsaitləri hesabına bu tədbirə qatılan gənclər beynəlxalq festivalın onların dünyagörüşlərinə müsbət təsir etdiyini və dünyanın 100-dək ölkəsindən gələn iştirakçılarla əlaqələrin qurulması, təcrübə və məlumatlarının çoxalmasına böyük dəstək olmasından razılıqlarını ifadə ediblər. Layihə iştirakçıları Azərbaycan stendlərinin də "TEXNOFEST"də böyük maraqla qarsalandığını bildiriblər: "Bu beynəlxalq tədbirdən həm çox şey öyrənirik, təcrübə qazanırıq, həm də Azərbaycana çox maraq cəlb edirik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 541   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun