"Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın siyasətində dəyişiklik olmadı" - Ceyhun Məmmədov
Sentyabrın 7-də saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın siyasətində dəyişiklik olmadı. Ermənistan öz havadarlarına güvənərək yenidən təxribat törətməyə çalışır. Bunun nəticəsi heç də yaxşı olmayacaq:
"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yenə ermənilərin təxribatları davam edir. Bu gün də biz növbəti bir təxribatın şahidiyik. Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın siyasətində dəyişiklik olmadı. Təəssüf ki, yenə Ermənistanın müharibəyə hazırlaşdığını,səngərlər qazmağa çalışdığını, silah daşıdığını görürük. Ermənistan öz havadarlarına güvənərək yenidən təxribat törətməyə çalışır. Bunun nəticəsi heç də yaxşı olmayacaq. Bundan ən çox əziyyət çəkən məhz Ermənistanın özü olacaq. İstəyərdik ki, ermənilər baş verənlərdən nəticə çıxarsınlar, təxribatlara son qoysunlar. Azərbaycan qarşısına qoyduğu məqsədlərə mərhələli şəkildə nail olacaq.Əgər olmayacaqsa, bundan əziyyət çəkən Ermənistan olacaq. Bu təxribatların davamlı olduğunu görürük və bizim artıq başqa yolumuz qalmır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb