Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib
"Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir".
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 7180 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr