İlham Əliyev: "Düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır"
"Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib.
"Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus qanunsuz olaraq yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikanı bizim ərazimizdən çıxartmamışdır", - deyən dövlətimizin başçısı dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etdiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1414 Tarix: 20 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr