"200 illik "Böyük Ermənistan" konsepsiyası yerlə-yeksan edildi"

"200 illik "Böyük Ermənistan" konsepsiyası yerlə-yeksan edildi""Çox da uzaq olmayan tarixdən bəllidir ki, ermənilər bölgəyə XIX əsrin əvvəllərindən konkret konsepsiyanın tərkib hissəsi olaraq köçürülüb və Türkiyə ilə Türk dünyası arasında süni sədd yaratmaq üçün Ermənistan dövləti qurulub. Konsepsiyanın davamlılığı üçün ermənilər müxtəlif mif və rəvayətlərlə, xüsusən sovet dövrü tarixçilərinin mənbəsiz iddiaları ilə "dənizdən-dənizə böyük Ermənistan" xülyalarına inandırılıb".

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O qeyd edib ki, bu iddialara inanan ən azı altı ardıcıl nəsil düşmənçilik ruhunda tərbiyə edilib və Xəzərə qədər irəliləmək əsrin hədəfi olaraq müəyyən edilib:

"Hətta əvvəllər bu iddialar yalnız erməni kluarlarında səslənirdisə, 2020-ci ildə müdafiə naziri "yeni müharibə, yeni ərazilər" konsepsiyasını açıq formada bəyan etməkdən çəkinmirdi. Buna səbəb dünya birliyinin beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşması, imperativ xarakter daşımalı olan ərazi bütövlüyünün nisbi anlayış kimi qəbul edilməsi idi. Xüsusən 30 illik işğal, işğala son qoyulmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra edilməməsi Ermənistanın təcavüzkar mahiyyətini daha da təşviq edirdi. Riyakar Qərb isə Ermənistanın Azərbaycan üzərində qələbəsinə şübhə etmirdi, bu mənada 3 il əvvəl BMT Baş Assambleyasında cənab İlham Əliyevin mümkün hərbi gərginlik təhlükəsi ilə bağlı xəbərdarlığını görməzdən gəlməklə əslində riyakarcasına Ermənistanın yeni qələbələrinə şərait yaradılmışdı. Lakin siyasi və iqtisadi müstəqillik, ordu və ən müasir müdafiə sənayesi quruculuğu, o cümlədən Heydər Əliyev siyasi məfkurəsi ətrafında milli birlik, ən əsası isə Prezident İlham Əliyevin qətiyyəti Ermənistan və havadarlarının nəinki planlarını pozdu, hətta 200 illik "Böyük Ermənistan" konsepsiyası yerlə-yeksan edildi. Vətən müharibəsindən sonrakı cəza tədbirləri və ən nəhayət, 23 saatlıq lokal antiterror tədbiri isə prosesə nöqtə qoydu. Prezident İlham Əliyev artıq dünyada separatizmlə mübarizədə yeni cığır açdı. Separatizmin 10 illərlə zərbə vurduğu region üçün effektiv Azərbaycan presedenti formalaşdırdı".

Deputat onu da qeyd edib ki, bu gün artıq Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan polisi çiyin-çiyinə beynəlxalq hüquqla tanınan ərazilərimizdə 30 il ərzində möhkəmlənən, lakin cəmi 23 saatlıq güc nümayişi ilə ağ bayraq qaldıran separatçıları tərksilah edərək ərazidə ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir:

"30 il xunta rejiminin girovluğunda qalmış Qarabağ erməniləri artıq vətəndaşlıq üçün Azərbaycan dövlətinə çoxsaylı müraciətlər etməkdədir. Beləliklə, Prezident İlham Əliyev ermənilər və havadarlarının region üçün təhdidə çevrilmiş "dənizdən dənizə böyük Ermənistan" planları ilə barabər, erməni separatizminin də kökünü qazımış oldu. Bu, unudulacaq tarix deyil və nəinki hər bir azərbaycanlı, bütövlükdə hər bir region sakini, o cümlədən ermənilər özləri bu təqvimə milad kimi baxmalı, yeni, müharibəsiz, qansız-qadasız, inkişaf və tərəqqidə, dinc birgəyaşayışda ehtiva olunan quruculuq prosesinin tərkib hissəsi kimi çıxış etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 923   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr