Hikmət Çətin Azərbaycan Prezidentini təbrik edib
1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident! Qarabağ probleminin sülh yolu ilə həlli üçün 30 il gözlədikdən sonra məcburən müharibə edərək qalib gəldiniz. Böyük Zəfər qazanmağınız münasibətilə Sizi bir daha təbrik edirəm. Təəssüf ki, beynəlxalq aləmdə haqlı olmaq problemi həll etmir. Hərbi sahədə güclü olmaq lazımdır. Güclü olan haqlıdır. Siz Qarabağda bunu sübut etdiniz, güclü oldunuz və qalib gəldiniz.
Bu yaxınlarda Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olanlara Allahdan rəhmət, onların ailələrinə səbir diləyirəm.
Cənab Prezident, fürsətdən istifadə edərək onu da bildirirəm ki, sentyabrın 20-21-də Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXVI toplantısı uğurla keçdi. Nailiyyətlərin davamlı olmasını arzu edirəm.
Sizə cansağlığı arzulayır, dərin ehtiramımı bildirirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb