Vardanyan həbsdən bir gün öncə Rusiya şirkətindəki payından imtina edib
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən qondarma rejimin "dövlət naziri" Ruben Vardanyan Sankt-Peterburqda qeydiyyatdan keçmiş "Atlanta Investments" şirkətindəki payını Ermənistan vətəndaşı Artur Əmirxanyana təhvil verib.
Bu barədə məlumat Rusiyanın hüquqi şəxslərin dövlət reyestrində qeyd olunub.
Məlumata əsasən, sövdələşmə sentyabrın 26-da qeydə alınıb və görünür, həmin vaxt Vardanyan özü Xankəndidə olduğundan etibarnamə ilə həyata keçirilib.
Xatırladaq ki, əvvəllər o, Rusiyadakı aktivlərinin bir hissəsini həyat yoldaşı Veronika Zonabend və onun qohumunın adına keçirib. Rusiyada Vardanyanın hələ də "Kamaz"da payı var ("Avtoinvest" MMC, "Vosxod" MMC vasitəsilə, təxminən 5%).
Qeyd edək ki, Vardanyan 2022-ci ilin dekabrında Rusiya vətəndaşlığından imtina edib. O, sentyabrın 27-də "Laçın" dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanılıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb