"Sənin kimi anaya..." - Efirdə mübahisə
"Səni axtarıram" proqramında gərgin anlar yaşanıb.
Axşam.az xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana plastik əməliyyat etdirərək proqrama çıxıb. Ekspert kürsüsündə oturan psixoloq Könül Cəfərova ilə onun arasında mübahisə düşüb. O, Cananaya uşaqları ilə yaşamamasını irad tutub.
"Uşaqlarınıza analıq etmirsiniz? Allah ağıl, şüur, məntiq, əl və ayaq, eyni zamanda övlad da verib. Sizi başa düşmürəm. Allah mənə sizin həyatınızı yaşamağı qismət etməsin. Niyə övladı nənə saxlamalıdır?" sözlərinə qarşı tərəf belə cavab verib:
"Mən 3 uşaq dünyaya gətirmişəm. Uşaqların evinin təmirini gözləyirik, hazır olanda köçəcəklər".
"Köçəcəklər, yoxsa köçəcəyik? Sən balanla yaşamalısan" sözlərinə Canana "Şərait vermirlər uşaqla yaşayım" reaksiyasını verib.
"Bir uşağı dünyaya gətirib, məsuliyyəti daşıya bilməyəcəksənsə, onu dünyaya gətirmə. Mən xəstələnə, ölə bilərəm, uşağıma nənəsi sahib çıxar. Amma bu cür geyinib, bəzənib efirə çıxıramsa, özümü gözəlləşdirirəmsə... Sizin kimi analara qarşı çox qəddaram. Biz burada nəyi təbliğ edirik? Analar, uşağı saxlaya bilmirsiniz, atın uşaqların. Gözəlləşdirin qadınları, uşaqları atsınlar" deyə, ekspert əlavə edib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3159 Tarix: 30 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
4 oktyabrXınalıqda ilk qar - Video
Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir
3 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrQadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib
Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund
3 oktyabr"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
3 oktyabrAzərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
3 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabr