Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Qeyd edilib ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir.
Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin "Dayanıqlı inkişaf məqsədləri" təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.
Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.
Sərəncamla dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Azərbaycanın Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb