Hikmət Hacıyev: "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün ayrı-seçkiliyə məruz qalır"
"Ayrı-seçkiliyə, tərəfkeşliyə yol verməyən humanitar reaksiya və yardım insanlığın əsas prinsipi olmalıdır".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.
"Beynəlxalq donor ictimaiyyətinin Azərbaycanın Qarabağ bölgəsindən olan, özü də könüllü olaraq Ermənistana getmək qərarına gələn və Ermənistan Respublikasının pasportuna malik olan mülki erməni vətəndaşlarına kömək etməsi müsbət göstəricidir. Bununla belə, Ermənistanın 30 illik işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün donor ictimiyyətinin tam laqeydliyi, ayrı-seçkiliyi və seçici rəftarına məruz qalır. Etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq, humanitar yardımda bərabər və ayrı-seçkiliyə yol verilməyən rəftar olduqca vacibdir.
Yalnız Azərbaycan hökuməti 30 ilə yaxındır ki, milyonlarla məcburi köçkün və qaçqının bütün ehtiyaclarını dəstəkləyir və təmin edir.
Bu sahədə biz həm də seçici münasibət və ikili standartlarla üzləşirik. Ermənistan tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin yerlə-yeksan edilmiş və kütləvi şəkildə minalanmış evlərinə ləyaqətlə və təhlükəsiz qayıtmasının təmin edilməsi hələ də həll edilməli olan böyük problem olaraq qalır", - o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb