Vaqif Sadıqov erməni radikallarının Azərbaycan səfirliyinə hücum edəcəyini bildirib

Vaqif Sadıqov erməni radikallarının Azərbaycan səfirliyinə hücum edəcəyini bildiribAzərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan "ekstremist erməni diasporu təşkilatlarının" paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.

Bu barədə diplomat "X" sosial şəbəkə hesabında yazıb.

"Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.

Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.
Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də "milli maraqlara xəyanətdə" günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şoka salan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.

Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm", - Azərbaycan səfiri qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 758   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

4 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib

Tovuzda fərdi yaşayış evində yanğın olub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Nüşabə Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğund

3 oktyabr
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr