Tənbəl beyini belə aktivləşdirirlər - 6 MƏSLƏHƏT
Beynin neyroplastikliyini artırmaq, ahıl yaşa kimi iti saxlamaq, yeni faydalı neyron bağlantıları qurmaq üçün onunla məşğul olmaq lazımdır.
Sonxeber.az bildirir ki, beyin üzrə dünya şöhrətli alim Natalya Bextereva özü 80 yaşında komputer və interneti öyrənməklə istənilən yaşda beyini aktiv saxlamağın mümkünlüyünü sübut edib.
Alimin beyini düzgün aktivləşdirmək barədə məsləhətlərini təqdim edirik:
1. Normal yuxu
40 yaşdan sonra beyin üçün qida yuxudur. Əgər cavanlıqda 4-5 saat yatmaqla beyini az-çox idarə edə bilirdinizsə, yaşlandıqca bu mümkün deyil. Beynin fizioloji sağlamlığı 7-8 saatlıq yuxudan keçir. Eləcə də yetəri qədər oksigen, hava, su da onun qidasıdır. Açıq havada hər gün 25 dəqiqə idman, fiziki iş beyinin neyroplastikliyini artırır.
2. Mürəkkəb tapşırıqlar
İnsan öz qarşısına fərqli tapşırıqlar, məqsədlər qoymalıdır. Əgər işiniz, vəzifəniz eyni, yeknəsəkdirsə, o zaman işdən əlavə başqa tapşırıqlar, hobbiləriniz olmalıdır. Avtopilot rejimində eyni tapşırıqları etmək hər gün eyni şeyləri görmək beyni tənbəlləşdirir.
3. Yolunuzu tez-tez dəyişin
Aylardır işə, evə eyni marşrut üzrə gedirsiz? Artıq yolu, izi dəyişməyin vaxtıdır. Getdiyiniz, keçdiyiniz yerləri dəyişin. Hətta yediyiniz yeməyi də, getdiyiniz restoran, kafeni də arada dəyişin
Ətraflı
4. Hər gün yeni, fərqli janrda musiqilərə qulaq asın
Musiqi, səs vibrasiyaları da beyinə yeni hisslər, emosiyalar verir. Əgər bu mahnıların arasında beyninizə daha xoş gələni olsa, yeni neyron əlaqələr yaranacaq.
5. Xüsusi məşqlər
Hiss üzvlərinizi möhkəmləndirin. Məsələn, əşyaları gözüyumlu tapın. Ətirlərlə nəyisə tapın. Qəhvə, çay ətirlərini qoxlayıb, hansı bitki olduğunu axtarın.
Gündəlik həyatda, məsələn səhərlər geyinəndə gözlərinizi yumun. Dinləməklə, musiqiləri tapmaqla eşitməni aktivləşdirin.
Səhərlər TV, telefona baxmadan tam sakitlikdə yemək yeyib, yediyinizin dadını hiss edin.
6. Krossvord tipli intelektual oyunlarla məşğul olun
İndi telefonda da oyunlar içində beyini aktivləşdirən xüsusi oyunlar var. Krosvordlar, tapmacalar, "başsındıran" intelekt oyunları beyini daim gənc saxlayır.
Medicina.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1576 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrUşaqlar niyə kitab oxumaqdan uzaqlaşır? - Psixoloq səbəbləri açıqladı
Müasir dövrdə uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirsələr də, kitab oxumağa gəldikdə tez darıxırlar. Mütəxəssislər bunun əsas səbəblərindən biri kimi rəqəmsal oyunların və qısa videoların daha sürətli əyləncə təqdim etməsini göstərirlər. xəbər verir ki, bu barədə Türkiyənin TRT Habe
18 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabr