Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır

Çin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÖtən həftə ölkəmizdə ilk dəfə olaraq, Çin avtomobilləri festivalı baş tutdu. Üç gün ərzində "Park Bulvar" ticarət və əyləncə mərkəzində keçirilən tədbirlərdə 15 mindən çox ziyarətçi iştirak etdi. Festivalda Changan, Faw, MG, Baic, Hongqi, Kaiyi, Skywell, Jetour, Leap, Geely, Chery, VGV, Haval, Jac markalarının Azərbaycanda rəsmi dilerləri ən son modellərini nümayiş etdirdi. Qeyd etməliyik ki, festival təkcə avtomobil sərgisindən ibarət deyildi. Paytaxt sakinləri və qonaqların mənalı istirahəti üçün maraqlı əyləncə proqramı təşkil olunmuşdu. Belə ki, festivalda tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün kompüter oyunları, Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda "Kospley-defile" də daxil idi.

Xatırladaq ki, yeni formatlı avto-şou Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) tərəfindən təşkil olunmuşdu. AADA 45-dən artıq avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidiir. Təşkilat ölkədə sivil avtomobil biznesinin bərqərar olması, ölkə avtomobil parkının yenilənməsi istiqamətində araşdırmalar aparır, dünya avtomobil sənayesinin ən yeni məhsullarını nümayiş etdirmək üçün müxtəlif sərgilər və festivallar təşkil edir.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi ki, son illərdə Azərbaycanda rəsmi təmsil olunan Çin avtomobil brendlərinin sayının sürətlə artması, əhalidə Çİn avtomobillərinə olan marağın yüksəlməsini nəzərə alaraq, assosiasiya China Auto Fest 2023 adlı tədbiri birinci növbədə təşkil etdi. Əslində isə bu festival böyük layihənin tərkib hissəsidir. Belə ki, bu həftə sonu 6-8 oktyabr tarixində eyni məkanda Yaponiya istehsalı olan ən yeni avtomobillər sərgilənəcək. Toyota, Mazda, Nissan, Subaru, Mitsubishi, Infiniti, Lexus, Honda modelləri ilə tanış olub, sınaq yürüşünə yazılmaq mümkün olacaq. Tamaşaçıları bu dəfə də parlaq əyləncə proqramı gözləyir: Yaponiya mətbəxindən başlayaraq, virtual avtoidman yarışları, "aykido" üzrə "master-klas", "anime-kospley-defile", saysız hesabslz mükafatlı müsabiqələr və s. Bu layihədə bizə dəstək olan tərəfdaşlarımıza təşəkkür edirəm.

AADA-nın mətbuat xidməti
Çin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə YaponiyadırÇin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1131   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr