Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirir
Gürcüstanın bütün bölgələri üzrə 6 mindən çox satış nöqtəsinə çatdırılma edilir
Veysəloğlu Şirkətlər Qrupu Gürcüstan bazarında müştəriləri stabil və davamlı yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün fəaliyyət göstərir.
Şirkət əsasən ərzaq məhsulları olmaqla gündəlik tələbat mallarının distribusiya fəaliyyətini həyata keçir. Gürcüstanın bütün bölgələrini əhatə edən "Veyseloglu Georgia" (VG) şirkəti pərakəndə, topdan, horeka kanallarında xidmət göstərir və mövcud bütün market şəbəkələri ilə çalışır. "VG"nin paytaxt Tbilisi şəhəri ilə yanaşı, Qərb zonasını əhatə edən Kutaisi anbarı da fəaliyyət göstərir.
"Hazırda Gürcüstan bazarında "VG"tərəfindən müxtəlif ölkələrdən 31 istehsalçı ilə əməkdaşlıq edilir və 400-ə yaxın məhsulun satışı həyata keçirilir. Şirkətlər Qrupumza daxil olan "Ulduz" Şokolad Fabrikinin istehsal etdiyi məhsullar əsas prioritet olanlar siyahısındadır", - deyə "Veyseloglu Georgia"nın Marketinq departamentinin rəhbəri Mirzəbəy Əbilov məlumat verib.
"VG" profilinə Rusiya, Türkiyə, Polşa, Latviya, Litva, Hindistan və Gürcüstanın yerli brendləri də daxildir. Ölkənin ən böyük ticarət şəbəkələri olan "Carrefour", "Spar", "Magnit", "Ori Nabiji" "Nikora", "Libre", "İoli" və digər şəbəkələrlə ilə əməkdaşlıq edilir.
Qeyd edilib ki, şirkətin Gürcüstanın bölgələrində ofisləri xidmət göstərir. 28 yük nəqliyyat vasitəsi ilə bütün sifarişlərin 24 saat ərzində müştərilərə vaxtında çatdırılması təmin edilir.
Mirzəbəy Əbilov onu da əlavə edib ki, VG, Şirkətlər Qrupunun dəyərlərinə əsaslanan fəaliyyəti nəticəsində, yerli əhali və eləcə də Gürcüstanda yaşayan bir çox soydaşlarımız üçün stabil, etibarlı iş yerləri açır.
2022 -ci ilin nəticələrinə görə, "Veyseloglu Georgia" bazarda qastronom məhsullarında 1.5%, şirniyyat məhsullarında 2.2% faizlik paya sahib olub.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində qaliblərdən biri elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda dörd qanun ləğv ediləcək
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib