DMX və DTX əməliyyat keçirib: 31 əcnəbi saxlanılıb - VİDEO

DMX və DTX əməliyyat keçirib: 31 əcnəbi saxlanılıb - VİDEODövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb.

Sonxeber.az xəbər verir ki, bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2 500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub.

Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, 2023-cü ilin sentyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 873 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 312 əcnəbi Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2221 inzibati qərar qəbul edilib.

"Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) "919" Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir", - məlumatda deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1031   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr