"Müasir texnologiyaya sahiblənmə dövlətimizin strateji prioritetidir" - Əhliman Əmiraslanov
"Azərbaycan daha bir qlobal tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməklə dünyanın diqqət mərkəzindədir".
Bunu Sonxeber.az-a danışan Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib.
Deputat qeyd edib ki, tədbirə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə gəlib:
"Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq. Həmçinin kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Tədbirin ölkəmizdə təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcək. Məlumdur ki, Azərbaycan 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır.
Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı: "Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğu göz qabağındadır. Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 632 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr