31 ildir taleyi naməlum olan Natiq Qasımov - VİDEO
30 ildən artıqdır doğmaları ondan xəbər gözləyirlər. Bu illər ərzində yaxınlarına onun yandırıldığı, əzab işgəncə ilə öldürüldüyü, hətta sağ olması barədə xəbərlər gəlib.
BAKU.WS xəbər verir ki, söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.
Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.
1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib.
Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Ailənin son beşiyi bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.
Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olublar. Daha sonra Xocalı sakinlərinin azad edilməsi üçün Natiq təslim olub.
"Dəstədə 7 nəfər olublar. Ermənilər tərəfindən edilən hücumlar nəticəsində 6 nəfər şəhid olub, bir Natiq qalıb. Kilsədə 5 gün döyüşüb. Ermənilər elə biliblər ki, kilsədə böyük dəstə var. Xocalı sakinlərindən istifadə edərək Natiqin təslim olmasını istəyiblər", - deyə Natiq Qasımovun qardaşı Nofəl Qasımov qeyd edib.
Ailəsi Natiqin sağ qalması və bir milyon manat pul müqabilində doğmalarına qovuşması barədə xəbərlər alıb. 30 il öncə Gürcüstanda yaşayan bir nəfər ailəyə ümid verib. Amma bu da öz təsdiqini tapmayıb.
Nofəl Qasımov qardaşının qatillərindən olan Vitali Balasanyanın tezliklə Natiqin yeri və ya qətlə yetirildiyi barədə məlumat verəcəyinə inandığını deyir.
"Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqırımında da iştirak edib", - deyə Nofəl Qasımov bildirib.
Doğmaları onu indi yalnız yuxularda görür, xəyallarda yaşadırlar. Mingəçevirdə yerləşən Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ
191 saylı orta məktəbin 11A sinfində oxuyan əkiz bacı və qardaş - Əli Ağayev və Leyla Ağayeva bu il həm qəbul və buraxılış imtahanlarında yüksək nəticə topayıb. -in məlumatına görə, qardaş Əli Ağayev imtahanlarda demək olar ki, maksimum nəticə göstərib. O, ingilis dilindən 100, riyaziyyatdan 100, an
24 aprelVII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi - SƏBƏB
Bakıda yerləşən 145 nömrəli tam orta məktəbdə VII sinifdə oxuyan qız şagirdin özünə xəsarət yetirməsi hadisəsi baş verib. apa tv-yə istinadən xəbər verir ki, hadisə aprelin 23-də qeydə alınıb. Yeniyetmə məktəbin sanitar qovşağında kəsici alətdən istifadə edərək özünə xəsarətlər yetirib. Hadisəni görə
24 aprelKeçid balları ENƏCƏK - Abituriyentlərə ŞAD XƏBƏR
"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir". xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanı
26 aprelAzərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa
25 aprel"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsind
24 aprelSabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
24 aprelMənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi
25 aprel