Azıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTO

Azıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTOAzərbaycanda tədris olunan dərsliklərdə mövzuların təqdimatında yanlışlıqlar var. Belə ki, 5-ci sinif rus dili bölməsi tarix kitabında Müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə işğaldan azad etdiyi, Xocavənd şəhərində yerləşən Azıx mağarası hələ də işğal altındakı kimi göstərilir.

Bəs bu dərsliklər nə vaxt yeniləri ilə əvəzlənəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda məktəblərimizdə bu cür dərsliyin tədris olunması düzgün deyil:
Azıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTO"Burada bir nüans var ki, bizim bu günə qədər bütün dərsliklərimiz 2020-ci ilə qədər olan vaxt üçün hazırlanıb. Onda tarixi şərait fərqli idi. Ona görə ki, torpaqlarımız işğal altında idi. İndi hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri də dərsliklərimizin və vəsaitlərimizin ən qısa müddətdə buna uyğunlaşdırılmasıdır. Məktəblərimizdə belə bir bir dərsliklərimizin olması düzgün deyil. Bu uzun və ağır bir prosesdir, amma hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ən qısa vaxtda bütün bu dərslikləri baxıb, onların yenilənməsinə həyata keçirilməlidir".

Ceyhun Məmmədov bildirib ki, bəzi məktəblərdə hələ də torpaqlarımızın işğal günləri ilə bağlı məlumatlar gedir.

O, qeyd edib ki, bütün bu kimi hallar tezliklə aradan qaldırılmalıdır: "Biz artıq qalib xalqıq və qalib xalq kimi ancaq qələbədən danışmalıyıq. Hər halda 3 il ərazində biz bu dərslikləri dəyişə bilərdik və bu məsələlərlə bağlı xeyli iş görə bilərdik".

Qeyd edək ki, Azərbaycan Milli Ordusu Xocavənd rayonunun Azıx kəndini 2020-ci ilin noyabrın 9-da işğaldan azad edib. Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100-120 metr yüksəklikdə yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başlayıb.

1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirilib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edib. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb.

Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968-ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar edib.
Azıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTOAzıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTOAzıx mağarası işğaldan azad edilməyib? - Övladlarımıza tarixi niyə yanlış tədris edirik? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1960   Tarix: 11 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr