Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər.
Bəs qadın şiddət görmədən və öldürülmədən psixoloji və fiziki zorakılıq göstərən ərindən necə canını qurtara bilər, hansı addımları əvvəlcədən atmalıdır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, bəzi müsəlman cəmiyyətlərində gender bərabərliyinin yalnız kağız üzərində qalması, kişi üstünlüyünün sosial norma kimi qəbul edilməsi və zorakılığın müəyyən hallarda normallaşdırılması qadınlara qarşı zorakılığı gücləndirən sosial amillərdən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, qadının boşanması, yaxud boşanmaq istəməsi qətl səbəbi deyil: "Kişilərdə artıq əvvəldən mövcud olan təhlükəli davranış boşanma mövzusunda daha da kəskinləşməyə başlayır. Burada "hamısının psixoloji xəstəliyi var" demək yanlışdır. Bəzilərində sahiblik hissi - yəni " sən mənimsən " deyib, qadını özünün şəxsi mülkü kimi qəbul etmək var. Qadın münasibəti bitirmək istədikdə sanki,onun hakimiyyətinə qarşı çıxmış kimi qəbuı edir. Bəzi kişilərdə rədd edilməyə dözümsüzlük var. Özünü "heç kim" hiss edərək, alçaldılmış və rədd edilmiş kimi hiss edir. Digərlərində patoloji qısqanclıq və paranoid düşüncələr ola bilir. Məsələn; "mütləq başqa kişi var", "məni aldadır", "məndən sonra başqası ilə olacaq" kimi düşüncələr fakt olmadan, amma bu düşüncələri həqiqət kimi yaşayırlar.
Eləcə də, əgər münasibətdə nəzarət və zorakılıq varsa, təhlükə artıq çox əvvəldən mövcuddur. Bu kimi ciddi bir məsələnin qarşısını almaq üçün, zorakılığa göz yuman sosial münasibətlərlə yanaşı, zorakılıq törədən şəxslərə tətbiq olunan hüquqi məsuliyyət də ciddi olmalıdır. Xüsusilə ağır və təkrarlanan zorakılıq hallarında uzunmüddətli həbs cəzası nəzərdə tutulmalıdır. Qadına və uşağa qarşı zorakılıq "ailə məsələsi" kimi deyil, inkişaf etmiş cəmiyyətlərdəki kimi cinayət kimi yanaşılsa, cəmiyyət qətldən əvvəlki davranışları görməyi maariflənərək öyrənsə, "barışdırmaq" avtomatik həll kimi təqdim edilməsə, psixoloji yardım yalnız qadına deyil, kişiyədə də zamanında yönəlsə, "boşanmaq istəyirəm" cümləsi kişilərə risk siqnalı kimi qəbul edilməməsi öyrədilsə bəlkə o zaman inkişaf etmiş cəmiyyətlər sırasına daxil olarıq.
İnkişaf yalnız texnologiya və iqtisadiyyatla deyil, insana, xüsusilə qadına,uşağa və hətta heyvana verilən qanuni dəyərlə ölçülür. Bu cür halların davamlı təkrarlanması cəmiyyətin psixoloji və sosial şüurunun inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərən mühüm siqnaldır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Röya, Natavan və Elnur bir arada - Foto