Rəqqasə Fatimə həbs edilə bilər? - AÇIQLAMA
Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon Məhkəməsinə gönədrib.
Bu barədə "Qaynarinfo"ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib.
Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə 500 manat təzminat ödəməli və üzr istəməlidir:
"Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa, məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti daşıyır".
Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə səhifəsində "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla", - deyə yazıb.
Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində isə "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm", - deyib.
Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1521 Tarix: 12 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr