"Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olaraq bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər"-Deputat

"Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olaraq bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər"-Deputat"Qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında dostluq və qardaşlıq münasibətləri getdikcə daha da möhkəmlənir. Hər iki dövlət liderlərinin mütəmadi qarşılıqlı səfərləri bu əlaqələri daha da gücləndirir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, bu gün də Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olaraq bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, eyni zamanda Azərbaycan və Gürcüstan liderləri həmişə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayırlar:

"Prezident cənab İlham Əliyev 8 oktyabr tarixində Tbilisiyə rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələr və bu istiqamətdə yaxın gələcəkdə reallaşdırılacaq nəqliyyat layihələri barədə məlumat verdi, eləcə də Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan dövlətinin mövqeyini açıqladı.
Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayır. Bir çox dövlətlərdə olduğu kimi Gürcüstanda da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Gürcüstan dövləti və xalqı ulu öndər Heydər Əliyevin xatirəsini hər zaman uca tutub. Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev və Sovet dövründə Gürcüstana rəhbərlik etmiş və müstəqil Gürcüstan dövlətinin Prezidenti olmuş Eduard Şevardnadzenin dostluğu azərbaycan və gürcü xalqlarının daha da birləşməsinə böyük töhfə vermişdir. Hər iki dövlət başçısının öz xalqına və dövlətinə olan bağlılığı xalqları bir birinə daha da yaxınlaşdırdı və bu parlaq şəxslər müstəqil Azərbaycan və Gürcüstan dövlətlərinin inkişafında misilsiz xidmətlər göstərmişlər.
Bu gün də Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olaraq bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir, eyni zamanda Azərbaycan və Gürcüstan liderləri həmişə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayırlar. Yaxın keçmişdə Gürcüstanın ağır durumunda Azərbaycan bu ölkəyə hər cür yardım və dəstək göstərdi. Vətən müharibəsində Gürcüstan Azərbaycana dəstək verən dövlətlərdən oldu. Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə vermədi. Bu, qardaşlığın ən bariz nümunəsi, ədalətin qalib gəlməsinə verilən töhfə idi.
Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Prezident cənab İlham Əliyev Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsi üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etmişdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz dövlətləri üçtərəfli formatda əməkdaşlığa başlasalar hər üç dövlət iqtisadi cəhətdən böyük uğurlar əldə edər. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, ümumilikdə Cənubi Qafqaz regionunun çiçəklənməsinə böyük töhfə verər.
Ölkə başçımız çıxışında vurğuladığı kimi Azərbaycan qərəzsiz mövqe nümayiş etdirən bütün beynəlxalq platformalarda Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparılmasına müsbət yanaşır. Region dövləti olaraq Gürcüstan bu məsələdə vasitəçi rolunda çıxış edərsə daha müsbət nəticələr əldə etmək olar".

Deputat əlavə edib ki, enerji sahəsində də Azərbaycan və Gürcüstan birgə əməkdaşlıq həyata keçirir:

"Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində böyük əməkdaşlıq planları var. İki ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri digər dövlətlərin də enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ölkəmizin Gürcüstanın Anakliya və Kulevi limanlarında infrastruktur layihələrinin yaradılmasında iştirak etməsi əməkdaşlığımızı daha da gücləndirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin 5 dəfədən çox artırılması nəzərdə tutulub ki, bu da Orta Dəhlizin güclənməsinə xidmət edir.
Enerji sahəsində də Azərbaycan və Gürcüstan birgə əməkdaşlıq həyata keçirir. Azərbaycanda istehsal olunacaq "Yaşıl enerji" Gürcüstan vasitəsilə Avropaya ixrac ediləcək. Bütün bu layihələri reallaşdırmaq üçün hər iki dövlət siyasi iradə nümayiş etdirir. Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olmaqla yanaşı, həm də strateji tərəfdaş dövlətlərdir. Azərbaycanla Gürcüstan arasında ali və yüksək səviyyəli çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Cari səfər Prezident cənab İlham Əliyevin Gürcüstana 11-ci səfəridir. Bu il aprelin 7-də Gürcüstanın Baş Naziri İrakliy Qaribaşvili ölkəmizə (Qəbələyə) səfər edib. Ölkələrimiz arasında ümumilikdə 125-dən çox sənəd imzalanıb. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında tərəfdaşlığın təməlini qoyan sənəddir. 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə Gürcüstan Azərbaycana 279 milyon, Azərbaycan isə Gürcüstana 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri daha da güclənəcək və möhkəmlənəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 737   Tarix: 12 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr